• cümə, 26 Aprel, 08:56
  • Baku Bakı 12°C

Qaçışı əvəz edən metod

30.05.21 09:45 347
Qaçışı əvəz edən metod
"İsti su qaçışla eyni şəkildə bədənə təsir göstərir”.
"Report” xəbər verir ki, bu barədə "The Sun” nəşri məlumat yayıb.
Böyük Britaniyanın Koventri Universitetinin həkimi Çarlez Ceyms Stevardın sözlərinə görə, su prosedurları arıqlamağa kömək etmir, ancaq ürək-damar xəstəlikləri riskini azaldır. Bundan əlavə, suyun yüksək temperaturu qan damarlarının böyüməsinə kömək edir.
"Yaşlı və ya xroniki xəstəlikləri olan insanlar üçün idman hərəkətləri ağrıya səbəb ola bilər. Müntəzəm olaraq isti su ilə çimmək gəzinti, qaçış və velosiped sürmə kimi aşağı-orta intensivlikli aerobik məşqləri əvəzləyir. Həmin prosedurlar əzələ ağrılarını yüngülləşdirir, zəhər və yığıntıları çıxarır”.
Qidalanmaya gəlincə həkim bildirib ki, tərəvəz və meyvələr həzm prosesində, yağların parçalanmasında, orqanizmin tələbatının tam ödənilməsində mühüm rol oynayır. Meyvə və tərəvəzlər orqanizmə vitamin və duzlarla bərabər, həm də oksigen, su və günəş enerjisi də daşıyır.
banner

Oxşar Xəbərlər