• cümə, 26 Aprel, 04:48
  • Baku Bakı 16°C

Poqba xəbər göndərib, qayıdır

20.11.18 14:30 605
Poqba xəbər göndərib, qayıdır
"Mançester Yunayted”in futbolçusu Pol Poqba komandanı tərk edə bilər.
Kaspi.az xəbər verir ki, Poqba sabiq klubu "Yuventus”a qayıtmağı planlaşdırılır. Məlumata görə, tərəflər arasında razılıq əldə olunub.
Poqbanın sabiq komanda yoldaşlarına bu barədə xəbər verdiyi də bildirilir. Keçidin qış transfer pəncərəsi zamanı reallaşacağı gözlənilir.
Poqba "Yuventus”da 2012-2016-cı illərdə çıxış edib. Bundan sonra o, 105 milyon avroya "Mançester Yunayted”ə keçib. İngiltərə mətbuatının iddiasına görə, Poqba ilə MY-nin baş məşqçisi Joze Mourinyonun münasibətləri gərgindir.
banner

Oxşar Xəbərlər