• cümə, 29 Mart, 04:34
  • Baku Bakı 7°C

Polşada Azərbaycan turizminə həsr olunmuş seminar keçiriləcək

20.10.19 14:00 973
Polşada Azərbaycan turizminə həsr olunmuş seminar keçiriləcək
Noyabrın 19-da Polşanın paytaxtı Varşavada yerli turizm agentlikləri üçün "Polşa və Azərbaycan arasında turizmin inkişafı” mövzusunda seminar keçiriləcək.
AZƏRTACxəbər verir ki, Polşanın İnvestisiyalar və Ticarət üzrə Agentliyi tərəfindən təşkil olunacaq seminarın əsas məqsədi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı genişləndirməkdir. Tədbir zamanı iştirakçılar Azərbaycanın turizm potensialı, həmçinin mədəniyyəti, təbiəti, mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Seminarın sonunda iştirakçılardan bir neçəsi Azərbaycana səyahət paketi qazana biləcək.

banner

Oxşar Xəbərlər