• cümə, 26 Aprel, 16:42
  • Baku Bakı 23°C

Pərviz Şahbazov: “İndiyədək AÇG-dən 545 milyon tona yaxın neft çıxarılıb”

21.12.21 12:00 321
Pərviz Şahbazov: “İndiyədək AÇG-dən 545 milyon tona yaxın neft çıxarılıb”
"İstismara veriləndən indiyədək "Azəri-Çıraq-Günəşli” neft yataqlarından545 milyontona yaxın neft çıxarılıb”.
"Report”un xəbərinə görə, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
"Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR)49 milyonkubmetrdən çox səmt qazı verilib. Qaz satışından155 milyonABŞ dollara yaxın gəlir əldə edilib”, - nazir vurğulayıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG yatağı fəaliyyətə 2001-ci ildən başlayıb.
AÇG-də BP (30,37%), SOCAR (25%), "MOL Group” (9,57% 16 aprel 2020-ci il tarixindən "Chevron” şirkətini əvəz edib) INPEX (9,31%), "Equinor” (7,27%), "ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), "ONGC Videsh Limited” (OVL) (2,31%) pay sahibidir.
banner

Oxşar Xəbərlər