Paytaxtın ictimai iaşə dövriyyəsi 7,2 faiz artıb

Paytaxtın ictimai iaşə dövriyyəsi 7,2 faiz artıb

İqtisadiyyat
07 Dekabr 2019, 16:00 521
Bu ilin yanvar-oktyabr aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 860,5 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, dövriyyənin 45,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 395 milyon manat təşkil edib.