• cümə, 26 Aprel, 09:45
  • Baku Bakı 12°C

Parakarate komandamız ümumi hesabda üçüncü pillədədir

23.05.21 11:15 642
Parakarate komandamız ümumi hesabda üçüncü pillədədir
Xorvatiyanın Poreç şəhərində parakarate üzrə Avropa çempionatı davam edir.
AZƏRTACxəbər verir ki, çempionatda 1 qızıl, 2 bürünc medal qazanan parakarate üzrə milli komandamız ümumi hesabda qitə çempionatının 3-cü pilləsində yer alır. İspaniya parakarateçiləri 3 qızıl, 1 gümüş medalla birinci, aktivində 1 qızıl, 1 gümüş medal olan Macarıstan yığması isə ikinci sıradadır.
Qeyd edək ki, komandamızın aktivinə qızıl medalı millimizin üzvü Emliya Mitlinova yazdırıb. Bürünc medalları isə yığmamızın üzvləri Sahib Əhədov və Eldar Əhmədov qazanıblar.
Parakarate üzrə Avropa çempionatında 5 idmançımız mübarizə aparır. Qitə çempionatına mayın 23-də yekun vurulacaq.
banner

Oxşar Xəbərlər