• çərşənbə axşamı, 19 mart, 12:40
  • Baku Bakı 8°C

Palçıq vulkanları üçün “Qılınc” 

01.05.21 16:00 2898
Palçıq vulkanları üçün “Qılınc” 
Qobustan kəndinin ərazisində yaradılan Palçıq Vulkanları Turizm Kompleksi Azərbaycanın daha bir üstünlüyünü dünyaya tanıdacaq

Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Ölkəmizdə palçıq vulkanlarının ən çox yayıldığı əraziAbşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir. Bu baxımdan Azərbaycan Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 2000-ə yaxın palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır. Onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Ekspertlər "Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir”-deyə qeyd edirlər. Mənbələrdə də "Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə, palçıq vulkanlarıgilifaydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi,dərivə oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda, vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə,zəlzələlərinbaş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır”- deyə mütəxəssislərin fikirlərinə əsaslanıb.

Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların ərazilərinin dağıdılması, orada intensiv inşaat işlərinin aparılması, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binalarının inşası ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmağın vacibliyini ortaya çıxardı. Vulkanik ərazilərin turizm kompleksinə çevrilməsi isə ölkə iqtisadiyyatının dirçəldilməsi istiqamətində düşünülən addım oldu.

Bu yaxınlarda Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin qoyulmasını da bu istiqmətdə görülən işlərin davamı adlandırmaq olar. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi təməlqoyma mərasimi "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsinin icrası kimi tarixləşdi.
Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə, dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura "Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Ərazinin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Turizm kompleksinin ən qısa zamanda istifadəyə verilməsi və turistlərin cəlbi nəzərdə tutulub.

Dövlət Turizm Agentliyinin Mədəni turizmin inkişafı şöbəsinin mədəni turizm məhsullarının inkişafı üzrə aparıcı mütəxəssisi Vahid Şükürov "Kaspi” qəzetinə açıqlamasında "Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri olduğunu bildirdi. Belə ki, yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan "Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər ərazinin turistik önəmini daha da artırır. Ərazi məhz Qobustan qoruğuna yaxın olduğu üçün seçilib. Burada əlavə, tikililər olmadığından turistlər təbiətlə rahatlıqla təmasa girə bilirlər. "Qobustan ölkəyə gələn turistlərin ən çox ziyarət edilən turizm zonasıdır. Bura gələn qonaqların imkanı var ki, həm Qobustanı ziyarət eləsinlər, həm yolustu başqa tarixi abidələrə, məsələn, Bibiheybətə baxsınlar, həm də sonra yollarını palçıq vulkanlara davam eləsinlər”.

Eyni zamanda "Ginnesin rekordlar kitabı”na düşmüş dünyanın ən böyük palçıq vulkanı da məhz bu ərazidədir. "Torağay” vulkanı plio­sen-eopleystosen suxurlarından təşkil olunmuş eyniadlı antiklinalin şimal-şərq qanadının tavan hissəsini mürəkkəbləşdirən ümumqafqaz və antiqafqaz istiqamətli qırılmaların kəsişmə düyünündə yerləşir: "Qılınc” palçıq vulkanları kompleksindən "Torağay” palçıq vulkanı açıq-aydın görünür. "Torağay” isə Azərbaycanın və dünyanın ən hündür palçıq vulkanı, həmçinin nəhəng vərelyef baxımından yaraşıqlı vulkanlarından biridir. Qobustanın cənubunda yerləşir. Vulkanın hündürlüyü 407 metr, vulkan krateri isə 150 ​​metr diametrdədir. Vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır. Torağay vulkanı 1841-1950-ci illərdə 6 dəfə püskürüb”.

Vulkan ətraf relyefin hamarlanmış formaları fonunda kəskin surətdə seçilir və özlüyündə kəsik konus görünüşlü iri dəyirmi yüksəkliyə cavab verir. Onun yamacları zirvədən dabana doğru şaxələnən çoxsaylı radialyarğanvə qobularla kəsik-kəsikdir. Sonuncular vulkanın dabanına doğru genişlənərək şaquli divarlar yaradıblar. Konusun zirvəsində 5- hündürlüklü halqavari bəndlə haşiyələnmiş 500- diametrində krater yerləşir. Vulkanın bünövrəsinin sahəsi 10 kv. km, palçıq brekçiyasının orta qalınlığı, püskürmə məhsulunun ümumi həcmi isə 350 mln. kub.m-ə çatır.

V.Şükürov Abşeron yarımadası, Şamaxı ərazisi və digər regionlarda palçıq vulkanların olmasına baxmayaraq, bu ərazinin turizm komkleksi üçün seçilməsinin səbəblərini belə izah edir: "Palçıq vulkanlarını geoloji baxımdan ortalama 4 kateqoriyaya bölmək olar. Bizim seçdiyimiz ərazidə onun uc qrupu mövcuddur. Azərbaycan həm dənizdə sualtı palçıq vulkanları, həm də quruda palçıq vulkanları olan unikal bir yerdir. Belə üstünlüyü dünyaya tanıtmamaq günah olardı. Ona görə qərara gəldik ki, bu imkandan istifadə edək. Bu, Azərbaycanda turistik baxımdan istifadəyə verilən ilk vulkanik ərazidir. Turizm kompleksinin yaradılmasının əsas məqsədi təbii sərvətimiz olan palçıq vulkanlarının turizm imkanlarını və təbliğatını həyata keçirməkdən ibarətdir”. V.Şükürov qeyd edir ki, palçıq vulkanların bəzilərinin palçıqlarından tibbdə istifadə olunduğundan ərazidəki vulkanlardan da bu məqsədlə istifadə nəzərdə tutulur: "Məsələn, "Bahar” palçıq vulkanı var. "Böyük Bahar”, "Bala Bahar” palçıq vulkanlarının palçıqları əməliyyatdan sonrakı kəsik yerlərini 90 faiz müalicə edir və sağaldır. Təəssüf ki, bütün palçıq vulkanlarından çıxan gillərin tərkibi öyrənilməyib. Amma əldə edilən nəticələrə görə, bəzilərinin palçıqlarından tibbdə istifadə etmək olar. Hətta 80-ci illərdə bəzi poliklinikalarımızda bu təcrübədən istifadə edilib. Hazırda biz də müalicəvi palçıq vulkanlarının gillərindən istifadə etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu konteksdə ölkədə tam olmasa da, qismən müalicəvi turizmi inkişaf etdirmək olacaq. Müalicəvi turizmin tam şəkildə inkişafi üçün balneoloji kurort qurulmalıdır. Bu, gələcəyin planlarıdır”.

Mütəxəssisin sözlərinə görə, kompleks zəngin və maraqlı infrastruktura malik olacaq. Burada turistlərin rahatlığı üçün lazımi şərait yaradılacaq. Belə ki, sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar, kafe nəzərdə tutulur. Konsepsiyaya görə, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan "Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır. Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.

"Ərazidədə kompleks işlərin görülməsi nəzərdə tutulub. Burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün ustad dərsləri keçiriləcək. İnanırıq ki, kompleks turistlərin böyük marağına səbəb olacaq.Yeni kompleksin yaradılması bir daha ölkəmizin turizm potensialının yüksək olduğunu göstərir. Burada mövcud olan imkanlar həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün geniş perspektivlər açır. Dövlətimiz təbiətin bəxş etdiyi bu imkanlardan səmərəli şəkildə bəhrələnərək turizmin davamlı inkişafı üçün geniş tədbirlər həyata keçirir”.
Gələcəkdə də ATA tərəfindən digər palçıq vulkanlarının ərazilərinin tədqiq edilməsi, turizm komplekslərinin yaradılması, müalicəvi turizm adı ilə tanıdılması və s. üçün işlərin görülməsi planlaşdırılır. Proqnozlar postpandemiya dövründə turistlərin Azərbaycana daha böyük maraq göstərəcəyini deyir. Ölkəmizin dünyaya özünün bir çox ərazisini yeni turizm destinasiyası kimi təqdim etməsi və bu istiqamətdə görülən işlər Azırbaycan turizminə böyük marağın yaranacağından xəbər verir. İşğaldan azad edilən torpaqlarımızın turistik imkanlarını da əlavə etsək, gələcək iqtisadiyyatımıza artımlardan danışmaq olar. Təbii ki, ortaya işlər qoyulandan və mükəmməl təqdimatlardan sonra...

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər