Ona bir heykəl stadionda, biri də Peresin bağında ucaldılmalıdır
"Real”ınsabiq
direktoru Xorxe Valdano Zinəddin Zidan barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Valdano Zidanın "Real”a qayıtmaqla riskə yol verdiyini bildirib. O,
klub rəhbərliyinin buna görə Zidana minnətdar olmalı olduqlarını vurğulayıb:
"Zidanın
qayıdışı demək olar ki, qalibiyyət idi. O. risk edirdi, amma bunu dəf edə
bildi.
Prezident və
klub ona minnatdar olamlıdır. Zidan üçün bir heykəl "Santyaqo Bernabeu”da, biri
isə Peresin bağında qoyulmalıdır.
Yalnız Zidanın
sayəsində mövsümü sakit başa çatdırmaq mümkün oldu. Onsuz necə olacağını təsəvvür
etmək olmur. İdman direktoru olmayanda, məşqçi bütün məsuliyyəti üzərinə götürməli
olur. O, mövsümün gedişində risk etməyə razılaşdı”.
Zidan "Real”a bu
ilin mart ayında qayıdıb və 2022-ci ilin iyununa qədər müqavilə bağlayıb.