• çərşənbə axşamı, 10 iyun, 09:41
  • Baku Bakı 17°C

Olimpiya çempionumuz rəis təyin olundu

12.03.15 20:44 819
Olimpiya çempionumuz rəis təyin olundu

Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub.
Report-un məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri Ramil Usubov imzalayıb.
Bu təyinatla yanaşı, qadın atıcı I Avropa Oyunlarında da çıxış etmək niyyətindədir.
Qeyd edək ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O,1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.
Onu da qeyd edək ki, Z.Meftahətdinova daha əvvəl cəmiyyətdə tədris-idman şöbəsinin rəisi vəzifəsində çalışırdı.
banner

Oxşar Xəbərlər