“O, Ronaldo deyil, böyük fərq var”
Braziliya
yığmasının sabiq futbolçusu Kafu "Real”da çıxış edən həmyerlisi Vinisius Junior
barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Kafu Juniorun "Real”dakı
oyunundan təəccüblənmədiyini deyib. O, 18 yaşlı həmyerlisini Kriştiano Ronaldo
ilə də müqayisə edib:
"Vinisiusun
etdikləri məni təəccübləndirmir. Çünki onun potensialına bələd idik. O,
Kriştiano Ronaldo deyil. Onların arasında böyük fərq var.
Ronaldo "Real”ın
və Portuqaliyanın tarixinə düşüb. Amma Juniorun da şansı var ki, "Real”la başqa
bir tarix yazsın.
O, tamamilə
futbola köklənməli, ambisiyalı olmalıdır. Böyük futbolçular həmişə onlardan tələb
olunandan daha artığını nümayiş etdirməlidirlər. Braziliyalı futbolçular isə məsuliyyəti
öz üzərilərinə götürməyə vərdiş ediblər. Xüsusən də "Real” kimi klublarda”.