“Nyuikasl”ın şahzadəyə satılmasını istəmirlər
Böyük Britaniya
parlamentinin 16 üzvü baş nazir Boris Consona müraciət ediblər.
Kaspi.az xəbər verir ki, parlamentarilər "Nyukasl”ın Səudiyyə
Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tərəfindən alınmasına
etiraz edirlər. Onlar baş nazirdən tələb ediblər ki, "Nyukasl”ın şahzadəyə
satılmasının qarşısını alsın.
Onlar
xatırladıblar ki, Məhəmməd ibn Salman jurnalist Camal Qaşıqçının öldürülməsini
sifariş etməkdə ittiham olunur. Deputatlar hesab edirlər ki, şahzadə
reputasiyasını idman vasitəsilə təmizləmək istəyir.
Onlar baş nazirə
müraciətlərində bildiriblər ki, belə şəxslərin, Böyük Britaniyadan
yararlanmaqla istəklərinə nail olmalarına imkan vermək olmaz.