Noyabrın sonuna qədər ya müqavilə bağlayacaq, ya da...
Məşhur yamaykalı
sprinter Useyn Bolt futbolçu karyerasını başlamamış bitirə bilər.
Kaspi.az xəbər
verir ki, Bolt xeyli təklif aldığını bildirib. O, noyabrın sonuna qədər qəti qərar
verəcəyini deyib:
"Müxtəlif
klublardan çoxlu təklif almışam. Onların arasından ən sərfəlisini seçəcəyəm.
Noyabrın sonuna qədər qəti qərar qəbul edəcəyəm.
Ya müqavilə
bağlayacağam, ya da futbolçu olmaq istəyimin üstündən xətt çəkəcəyəm”.
Bolt yaxın günlərə
qədər Avstraliyanın "Sentral Kost Meyrinez” klubunda çıxış edib. O, bir neçə
yoxlama görüşünə çıxdıqdan sonra bu komandanı tərk edib. Tərəflər maliyyə məsələsində
razılıq əldə edə bilməyiblər. Bolt illik 3 milyon avro məvacib tələb edib.
Bolt 11 dəfə
dünya, 8 dəfə olimpiya çempionu olub.