Niyə hər şey oğlanlar üçündür? - Diskussiya
“Qızsan, otur yerində”, “Qız nədir, oxumaq nədir”, “Qız yükü, duz yükü”, “Qızını döyməyən dizini döyər”... Xalqımız arasında yayılan bu məsəllərin sayını artırmaq da olar. Təəssüflər olsun ki, qız uşaqları hələ dünyaya gəlməmiş oğlan uşaqlarından fərləndirilir, çox vaxt cinslərinə görə məhvə məhkum olurlar. Bu fərqləndirmə qızlar dünyaya gələndən sonra basqılar, qadağalar şəklində davam edir. Ən pisi də odur ki, bu basqılar ömür boyu davam edir. Görəsən, niyə ailələrin əksəriyyətində hər şey oğlanlar üçündür? Təhsil oğlanlar üçün, varidat oğlanlar üçün, seçim etmək imkanı oğlanlar üçün. Mövzu ilə əlaqədar müsahiblərimiz Bakı Dövlət Universitetinin tələbələridir.
- Azərbaycan ailələrinin əksəriyyətində niyə hər şey oğlanlar üçün nəzərdə tutulur?
Yetər Kərimli:
Valideynlər çalışır ki, vətəndaş, şəxsiyyət yox, qız övladı yetişdirsinlər. “Bir şey olsa, qızıma nə deyərlər”, “Ailəmin adına söz gələr” kimi fikirlərə görə ailədə övladlara fərq qoyulur.
Hicranə İsmayılova:
Bəzilərideyir ki, qız övladı ailə qurub köçdükdən sonra valideynə heç bir xeyri olmadığı üçün təhsil almasa da olar. Oğlan isə həmişə valideynin yanında qaldığına görə əsas diqqəti oğlanlara yönəldirlər.
Orxan Adıgözəlov:
Hələ qədim dövrlərdə kişilər qida əldə etmək üçün ovçuluq edir, özündən 10 dəfə böyük mamont ovlayıb qayıdanda mağaranın təmiz olmasını, mamontun bişirilməsini tələb edirdilər. İndiki dövrdə qadınların işləməsi kişilərin işdən gələrkən ac qalmasına səbəb olur. Buna görə də qadınların təhsil alması və karyera qurması kişilərə sərf etmir.
- Təhsil məsələsində də əksər ailələr oğlanlarını qabağa verirlər.
Hicranə:
- Bizdə atam təhsil almağıma dəstək versə də, bu, anam üçün o qədər də əhəmiyyətli deyildi. Valideynlər elə düşünür ki, oğlanın ixtisası olmasa,işləyə, ailəsini saxlaya bilməyəcək. Bu baxımdan onlar fikirləşirlər ki, oğlan oxumalıdır, qız oxumasa da olar.
Əslində, məncə, qızları oxutmaqda valideynlərin məqsədi heç də övladlarına təhsil vermək deyil. Bu, sadəcə, diplom xatirinə olan bir prosesdir. Diploma cehiz kimi baxırlar. “Səni oxutdurub borcumu yerinə yetirdim” kimi düşüncələr çoxumuzun valideynində var. Belə valideynlər qızlarının gələcəyini düşünmür, təhsilə dəb kimi baxırlar. Bu cür valideynlərin qızlarını oxutması elçilərə bir növ “mənim qızım təhsillidir” deyib özlərini yuxarıdan tutmaq, “hava atmaq” istəyidir. Bir də qonşunun qızı, camaatın uşağı universitetdə oxuyursa, mənim də qızım oxumalıdır kimi düşünən insanlar da var. Yaxşı ki, qonşunun qızları oxuyur, yoxsa bir çox qızlarımızın təhsil almaq şansı olmazdı.
Əslində qızların təhsilinə daha çox önəm verilməlidir. Çünki ən pis halda oğlanlar daş atıb, fəhləlik edib pul qazana bilər. Qadın isə zərif və zəifdir. Fiziki işlərin öhdəsindən gəlməyi heç də bütün qadınlarımız bacarmır.
Orxan:
-Təəssüflər olsun ki, valideynlər qızlarını ancaq diplom üçün oxutdururlar. Bir də bəziləri fikirləşir ki, sabah ailə başçısına nəsə olsa, yaxud ailə dağılsa, qız özünə bir iş tapa bilsin. Amma qızını savadlı vətəndaş olmaq üçün oxudanlar çox azdır.“Qız uşağı nədir filan iş gördü nədir” düşüncəsi varsa, bu cür mentalitetlə yaşayan insanlar heç vaxt qız uşaqlarının savadlı və təhsilli olmasını istəməz.
Yetər:
Valideyn aspektindən yanaşsaq, əslində hər bir övlad gələcəkdə bir valideyndirsə, o zaman qızlara və oğlanlara yanaşma eyni olmalıdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev deyirdi ki, kişiyə təhsil verməklə bir nəfərə, qadına təhsil verməklə isə bir ailəyə təhsil vermiş olursan. Bu nöqteyi-nəzərdən yanaşsaq, qadının təhsil alması daha vacibdir. Çünki bu, həm də gələcək ailələrimizin savadlı olmasıdır.
-Oğlanlardan fərqli olaraq, qızların azad seçiminə belə sərhədlər qoyulur. Qız saat 7-dən sonra evə gəlməz, qız təkcə xaricə gedə bilməz, qız kollektivin keçirdiyi şənliklərə qatıla bilməz, qız söhbət etdiyi oğlanla da evlənməlidir və s. Niyə qız?
Yetər:
- Əslində qadınlara azadlıq seçimində müəyyən çərçivə olmalıdır. Ümumiyyətlə, çərçivə hər kəs üçün lazımdır. Çünki həddən artıq azadlıq anarxiyaya gətirib çıxara bilər. İnsan onda özbaşına olur. Demirəm ki, insana tamamilə zəncir vurulmalıdır. Xeyr. Amma mütləq valideyn nəzarəti olmalıdır. Bizim cəmiyyətdə insanlar gec inkişaf edir. Xaricdə 18 yaşından sonra müstəqil şəxs hesab olunursan. Bizdə isə 26 yaşına da gəlsən, sənə valideyn tərəfindən nəzarət olunur.
Nəzarət olunsa da, qızlarımıza da seçim imkanı verilməlidir, ən azı gələcək həyat yoldaşı seçimində. Bizim cəmiyyətdə qızların ailə qurmaq üçün oğlanla söhbət etməsinə, görüşməsinə yaxşı yanaşılmır. Amma oğlanın həyatında hətta eyni vaxtda bir neçə qız ola bilər.
Hamı maşın alanda birinci əl, 0 km yürüş axtarır, qızlara da elə yanaşılır. 20 yaşında bir qızın sevgilisinin olması, məncə, normal qarşılanmalıdır. Çünki ailə qurmaq üçün qız oğlanı tanımalıdır.
Başqa bir nüans da var. Oğlan qızı aldadanda heç nə olmur, amma qız aldadanda xəyanət olur. Hətta çox vaxt işin sonu ölümlə nəticələnir. Amma normal dünyagörüşü olan adam düşünməlidir ki, xəyanət bütün hallarda hər iki tərəf üçün xəyanətdir.
Hicranə:
- Məncə, qızlara mütləq gizli nəzarət olunmalıdır. Tərbiyə elə verilməlidir ki, gələcəkdə qız tək yaşasa belə, ona problem olmasın. Bəzi valideynlər qız nədir xaricdə təhsil nədir deyirlər. Amma tərbiyədə qüsur varsa, elə öz yanlarında da qalanda problem olacaq. Düzdür, xaricdə təhsil alan qızların fikirlərində müəyyən dəyişikliklər olur. Onların xaricə gedəndən sonra çəkdirdikləri şəkillərə baxdıqdadaha da müasirləşdiyini görürük. Çünki mühit dəyişir. Bu baxımdan deyirəm ki, qızlara nəzarət vacibdir.
Oğlanlar azadlığa bir qədər düşkün olurlar. Buna görə onların azadlığına sərhəd qoyanda ehtiyatlı olmaq lazımdır.
Qadın qadınlığını qorumağı bacarmalıdır. Mənimçün hər zaman ailəm, atam, qardaşım önəmlidir. Çalışaram ki, onlara söz gəlməsin.
Mən bir qızın bir neçə insanla münasibət qurmasına normal baxmıram. Oğlanın həyatında çox xanım ola bilər.
Qızlarımız bəzən bilə-bilə bataqlığa gedirlər. Hər şeydən öncə insan valideynini düşünməlidir. Xanım o zaman dəyərli ola bilər. Bir nəfərlə münasibətin alınmaması normaldır, amma bir neçə nəfərlə alınmayanda, bu,cəmiyyətdə yaxşı qarşılanmır.
Orxan:
- Valideyn uşağı həyata hazırlamalıdır - istər qız, istər oğlan olsun, heç bir fərqi yoxdur. Bu zaman həmin uşaq gələcəkdə özü rahat şəkildə ayaqlarının üzərində dayana bilir.
Bəzi valideynlər qızlarını həddən artıq sıxır, fikirləşirlər ki, qız ancaq məktəbin və universitetin yolunu tanımalıdır. Kollektivə qatılmayan, heç bir yeri tanımayan qız cəmiyyətə adaptasiya ola bilmir və mütləq yanlış addımlar atır. Hətta azadlıqlarına susayan bu cür qızlar şərait yaranan kimi kişilər kimi içki içib, siqaret çəkməyə qurşanırlar. Heç vaxt azad olmadıqlarından azadlığı yanlış anlayırlar. Bu baxımdan oğlanlar kimi, qızlara da azadlıq verilməlidir.
Lalə MUSAQIZI
Şəbnəm MEHDİZADƏ ">
">