• çərşənbə, 17 Aprel, 03:11
  • Baku Bakı 14°C

Niderland və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını tədqiq edir

31.05.20 11:30 488
Niderland və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını tədqiq edir
Niderland və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını tədqiq edir.
Bunu Trend-ə Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.
O bildirib ki, Azərbaycanın bu sahədə nəhəng potensialı var:
"Ölkənin bu sahəyə böyük diqqət ayırması çox yaxşıdır. Azərbaycanda günəş, külək və geotermal enerji mövcuddur. Biz Energetika naziri Pərviz Şahbazovla danışıqlar aparmışıq. O da başa düşür ki, Azərbaycan öz istehlakı üçün bərpa olunan enerji mənbələrinin mövcudluğunu təmin etsə, ölkə daha çox neft və qaz ixrac edə biləcək”.
Səfir qeyd edib ki, bir sıra Niderland şirkəti dənizdə külək enerjisinin inkişafı üçün texnologiyaya malikdir:
"Hazırda Azərbaycanla Niderland arasında bu sahədə əməkdaşlıq imkanlarının tədqiq olunması üçün danışıqlar aparılır. Niderland şirkətləri nisbətən ucuz bioqaz istehsal edə bilər. Bu, Azərbaycanın regionlarında kiçik kəndlər üçün maraqlı olar”.
O əlavə edib ki, Azərbaycanda dənizdə neft-qaz sahəsində Niderland şirkətləri işləyir:
"Niderland şirkətləri qazma qurğuları üçün korroziya əleyhinə boyalar tədarük edir, qazma prosesində tullantıların idarə olunması ilə məşğul olur. Neft platformalarında insidentlərin baş verəcəyi təqdirdə təxliyə üzrə ixtisaslaşmış şirkətlər də var”.
Səfir, həmçinin Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi” layihəsinin vacibliyini vurğulayıb:
"Niderland "Cənub Qaz Dəhlizi”ni çox vacib layihə hesab edir. İstismara verildikdən sonra "Cənub Qaz Dəhlizi” İtaliyaya və onun hüdudlarından kənara qaz tədarük etməyə imkan verəcək ki, bu da böyük rəqabəti təmin edəcək. Ona görə də Niderland "Cənub Qaz Dəhlizi” ilə tədarük edilən qazın birbaşa istehlakçısı olmasa da, biz bu layihəni qətiyyətlə təsdiqləyirik. Ümid edirik ki, "Cənub Qaz Dəhlizi”nin buraxılış gücü gələcəkdə artmaqda davam edəcək”.
banner

Oxşar Xəbərlər