Nəsib bəyin gizli sevgisi
Eynülhəyat Yusifbəyli dövrünün əksər qadınlarından fərqlənən ziyalı bir insan olub
Yusifbəyli Eynülhəyat. Bu ad və soyadla ilk dəfə “Kaspi” qəzetinin 7 oktyabr 1917-ci il tarixli 224-cü sayında rastlaşdım. “Eynül” və “E.X.Usubbəyova” imzaları altında “Kaspi”də iki-üç kiçik həcmdə məqalə çap edilib. Kim idi Eynülhəyat xanım?
Qızlıq soyadı Baişeva olan Eynülhəyat 1887-ci ildə Rusiyanın Penza şəhərində anadan olub. Mənşəcə Kazan tatarlarından olan Eynülhəyat dövrünün əksər qadınlarından fərqli olaraq yaxşı təhsilə yiyələnib. Sankt-Peterburq ali qadın kurslarının fizika-riyaziyyat fakültəsini bitirib.
Bəs Eynülhəyat xanım Sankt-Peterburqda təhsilini başa vurduqdan sonra niyə Penza şəhərinə yox, Azərbaycana, Gəncəyə gəlib? Onun bura gəlməsinə səbəb nə idi?
Tədqiqat əsərlərindən və arxiv materiallarından belə bəlli olur ki, Baişeva Eynülhəyat Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə gizli olaraq dini qanunlarla ailə həyatı qurur və Gəncəyə köçür. Bu zaman Nəsib bəy İsmayıl bəy Qaspıralının qızı jurnalist Şəfiqə xanım Qaspıralı ilə qanuni şəkildə ailə qurmuşdu və iki övladları da var idi.
Bəs necə oldu ki, Nəsib bəy sevib ailə qurduğu Şəfiqə xanıma xəyanət etdi? Bu haqda tədqiqatçı alim Vilayət Quliyevin “525-ci qəzet”in 18 dekabr 2010-cu il tarixli sayında çap etdirdiyi “Baş nazirin xanımı” sərlövhəli məqalədən bir parçanı olduğu kimi diqqətinizə çatdırıram:
“Gənc ailənin başı üzərindəki buludlar 1912-ci ildə qatılaşmağa başladı. Zərbə isə həmişə olduğu kimi gözlənilməyən yerdən dəydi. Nəsib bəyin ailə xəyanəti üzə çıxdı. Sən demə, Nəsib bəy Gəncə ilə Bağçasaray arasında gedib-gəldiyi dövrdə doğma şəhərində Eynülhəyat xanım adlı gənc, gözəl və ziyalı bir qadınla imam nikahı əsasında yaşayırmış. Həmin qadını Şəfiqə xanım da tanıyır, hətta dostluq edirdi. Bəlkə də dövrün və şəriətin tələbləri baxımından bu elə də böyük qəbahət sayılmırdı. Bəlkə də İsmayıl Qaspıralının ailəsində böyümüş Şəfiqə xanımın yerinə başqa qadın olsaydı “kişilərin ipinin üstünə odun yığmaq müşkül məsələdir” deyib minlərlə fəlakətzadə bacıları kimi ərinin bu əməlinə göz yumardı.
Lakin Şəfiqə xanım Nəsib bəyi nə qədər çox sevsə də, onun əksər kişilərə xas zəifliyini bağışlamaq niyyətində deyildi. Bu təkcə heysiyyətinə, izzəti-nəfsinə yox, altı illik birgə həyatlarının bütün məqsədinə, məramına vurulan ağır zərbə idi. Hadisədən xəbər tutduğu ilk gündən qəti qərara gəlmişdi: belə yaşamayacaq. Eyni zamanda, atasına heç nəyi açıb-ağartmayacaq, onun dərdinin üstünə əlavə dərd gətirməyəcək. Odur ki, İsmayıl bəyi Bağçasaraya dönəcəyi ilə bağlı əvvəlcədən hazırlamağa başlamışdı. Bəhanə ailə münasibətlərinin özü qədər qədim idi: qayınanası onu yola vermir, ona görə də ata evinə qayıtması istisna edilməməlidir.
Əvvəlcə uşaqları Bağçasaraya göndərmişdi. Vəziyyətin ciddiliyindən xəbəri olmayan İsmayıl bəy buna yalnız sevinmişdi. Qayınana-gəlin münasibətlərinin düzələcəyinə ümidini itirmirdi. Amma məsələ onun düşündüyü dərəcədə sadə deyildi. 1912-ci ilin sonunda Şəfiqə xanım həmişəlik Krıma döndü. Keçirdiyi sarsıntılar boşuna keçməmişdi. Həm fiziki, həm də mənəvi cəhətdən üzgün vəziyyətə düşmüşdü. İsmayıl Qaspıralıya gəldikdə isə deyəsən, həyatının sonuna qədər qızının ailə dramından, qəlbində yaşanan sarsıntılardan tam xəbərdar olmamışdı. Nəsib bəylə Şəfiqə xanım rəsmən boşanmadıqlarından bəlkə də bütün olub-keçənləri ər-arvad arasındakı müvəqqəti anlaşılmazlıq kimi dəyərləndirmişdi”.
Silsilə şəklində çap olunan bu məqalədən belə bəlli olur ki, Nəsib bəy etdiyi hərəkətdən peşman olsa da, Şəfiqə xanım onu bağışlamır və hər ikisi ömrünün sonuna kimi bu sevginin iztirabı içində yaşayırlar. Nəsib bəy Eynülhəyat xanımla da münasibətlərinə son qoyur və tamamilə tək qalır.
Bəs Eynülhəyat xanımın sonrakı taleyi necə oldu?
1918-20-ci illərdə Eynülhəyat xanım Bakıda Nina gimnaziyasında, Bakı realnı məktəbində riyaziyyat muellimi işləyir və bir neçə ay Maarif Nazirliyinin inspektoru vəzifəsində çalışır.
1921-ci ildən 1936-cı ilə kimi taleyini Bakı Dövlət Universitetinə bağlayan Eynülhəyat xanım 1921-27-ci illərdə universitetin fəhlə fakültəsində dekan müavini və türk şöbəsinin müdiri, 1928-1936-cı illər ərzində isə ali riyaziyyat kafedrasının dosenti vəzifələrində işləyir.
1936-cı ildə işdən çıxarılan Eynülhəyat xanım həbs ediləcəyini bilərək gecəykən gizli yolla Daşkəndə, bacısının yanına qaçır. Bir müddət burada gizli yaşayan Eynülhəyat sonra Daşkənd Maliyyə-İqtisad İnstitutunda müəllim işləyir. İşlərinin yaxşı getməsinə baxmayaraq, yenidən 1944-cü ildə Bakıya qayıdır və Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda müəllimlik peşəsini davam etdirməyə başlayır. İki il keçmir ki, yenidən təqiblərə məruz qalır, işdən qovulur. Eynülhəyat bu dəfə üz tutur Moskvaya. Moskvada da təqibləri hiss edən xanım həbslərdən, sürgünlərdən bu dəfə də canını qurtara bilir, qaçır Tatarıstana.
1952-ci ildə yenidən Bakıya qayıdır və üç il sonra Bakıda dünyasını dəyişir. Qəribədir, Bakıda hər dəfə təzyiqlərə məruz qalan, işdən qovulan, mənzilindən çıxarılan xanımın yenidən israrla Bakıya dönməsinə səbəb nə idi? Nəsib bəyinruhu dolaşan bu şəhərdə onunla olan xoş xatirələrmi, yoxsa doyunca vüsalına qovuşa bilmədiyi nakam sevgi həsrətimi...?
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist