AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazirlər Kabineti: Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya tələb olunmur

Nazirlər Kabineti: Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya tələb olunmur

Cəmiyyət
22 Sentyabr 2020, 20:16 204
Nazirlər Kabineti "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Qərar verib.
Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, Qərarlar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanının qəbul edilməsi ilə bağlı hazırlanıb.
"Təhsil haqqında” və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının "Təhsil haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarına edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur.