• bazar ertəsi, 09 dekabr, 19:50
  • Baku Bakı 7°C

“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir

05.07.24 15:10 3154
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir

Ölkənin sərfəli mobil operatoru “Nar” yerli turizmin inkişafına dəstək məqsədilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb. Memorandum sərfəli şərtlərlə mobil xidmətlərə rahat çıxış təklif edərək turist təcrübəsini artırmaq məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində “Nar” Azərbaycana gələn turistlərə xüsusi “Nar” nömrələri təqdim edəcək.

Memorandumun şərtlərinə əsasən, turizm sahəsində fəaliyyət göstərən agentliklər “Nar”dan bu xüsusi nömrələri sərfəli və sürətli şəkildə əldə etmək imkanından faydalanaraq turistlər üçün üstün təcrübə təmin edəcək. Müstəqil tur bələdçiləri və yerli vətəndaşlar da turistlər üçün nəzərdə tutulmuş xüsusi “Nar” nömrələrini sərfəli şərtlərlə əldə edə biləcək. Bununla turizm sahəsində çalışan agentliklər və müstəqil şəxslər xarici qonaqlarına etibarlı və sərfəli mobil xidmətlərə rahat çıxış imkanında dəstək olmaqla öz xidmətlərinə əlavə dəyər qatacaqlar.

“Nar” Azərbaycanın qeyri-neft sənayesinə töhfə verməklə turizm sektorunun inkişafını dəstəkləyir. Eyni zamanda mobil operator Azərbaycanın bir turizm məkanı kimi təbliğinə töhfə vermək üçün turistlərin sərfəli mobil xidmətlərə asan çıxışını təmin etmək öhdəliyinə sadiqliyini vurğulayır. “Nar”ın sərfəli şərtlərlə təklif etdiyi bütün xidmət və məhsulları haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

banner

Oxşar Xəbərlər