Müharibəyə hazırdır, tezliklə qayıdır
UFC çempionu Həbib
Nurməhəmmədov "instaqram”da yeni paylaşım edib.
Kaspi.az xəbər
verir ki, Həbib məşq zalından şəkil paylaşıb. O, əmisi oğlu, bu yaxınlarda UFC
ilə müqavilə bağlamış Əbubəkirlə məşq edir. Nurməhəmmədov belə yazıb:
"Müharibəyə
hazıram, tezliklə qayıdacağam”.
Makreqorla
döyüşdən sonra Həbib 9 ay müddətinə cəzalandırılmışdı. Böyük ehtimalla, onun
növbəti rəqibi Dastin Pore olacaq. Döyüş sentyabr ayına planlaşdırılır.