Müasir dövrün trendi - onlayn alış-veriş- Araşdırma
Gənclər ucuz
və zövqlərinə uyğun alış-verişi necə edə bilərlər?
"Alış-veriş etməyi hər qadın kimi çox sevirəm. Amma brend mağazalardakı cib yandıran qiymətlər ya məni maddi ziyana salır, ya da alış-veriş arzumu ürəyimdə qoyurdu. Hətta dəfələrlə dostlarla yığışıb, məhz alış-veriş üçün qonşu ölkə Türkiyəyə getmişik. 3 günlük gedib, 1 illik geyim ehtiyaclarımızı alıb gəlirdik. İndi isə Türkiyədən alış-veriş etmək üçün ora getməyə ehtiyac yoxdur. Evdə oturduğum yerdə istədiyim brend mağazadan Bakıdakından dəfələrlə ucuz qiymətə geyim ala bilirəm”.
Bu sözləri Günay deyir. Günay geyimlərini Türkiyənin məşhur onlayn alış-veriş platforması olan trendyoldan alır. Dediyinə görə, geyimlər bizim mağazalarla müqayisədə 4-5 qat ucuz başa gəlir.
Azadqadın.az
saytının və "xoşbəxt qadınlar klubu” səhifəsinin rəhbəri Aynur Qurbanqızı da əsasən trendyoldan alış-veriş edir. Deyir ki,
ayaqqabı və çantalarını da onlayn şəkildə alır: "Dəripabuç” firmasından
ayaqqabı aldım. Çox keyfiyyətlidir. Qiyməti isə cəmi 30 manat idi. Məncə,
ayaqqabı və çantalarımızı onlayn sifariş verməklə həm qiymətdə uduruq, həm də
seçim çoxdur. Çatdırılma da ayaqqabı üçün 700 qr-a kimi 5-6 manat, 1 kq gəlsə, 7.65
manat edir. İndiyə kimi 7-8 ayaqqabı sifariş vermişəm, 1 kilodan artıq gələn
olmayıb”.
Həmsöhbətimiz deyir ki, uşaq paltarlarını da onlayn şəkildə alır: "Burdakı mağazalarda bahadır, uşaq bir mövsüm geyinəcək deyə, paltarlarına çox pul verməyə əlim gəlmir. Misal üçün, LC waikiki-də 50 manata olan eyni paltarı türk saytlarından 16 AZN-ə alıram. Limak.az-la da çatdırılmanı edirəm. Orada qiymətlər daha münasibdir və 3 manat 60 qəpik də çatdırılma edir. Qısası, 50 manatlıq geyimi 19.60 manata almış oluram”.
Xaricdən alış-verişi ünvanınıza çatdırmaq üçün
Limak, Camex, Starex, Kargofly, Mover.az kimi şirkətlər mövcuddur. Gəlin, elə
Limakdan danışaq.
Alıcıları ən çox narahat edən məsələlərdən biri də
aldığı məhsulun zədəsiz ona çatdırılmasıdır. Hazırda onlayn alış-verişə tələbat
artsa da, bir neçə il öncəyə qədər insanlar istədikləri məhsulun olduğu kimi gəlmədiyindən
narazılıq edir, baha olsa da, mağazaya gedib almağa üstünlük verirdilər. Samir
Əfətli deyir ki, məhsul zədəli gələrsə, onun qaytarılması üçün müştəriyə köməklik
edirlər: "Sifarişin xarici ölkədən Azərbaycana çatdırılmasında ən çox diqqət
etdiyimiz məsələ məhsulu aldığımız kimi müştəriyə çatdırmaq, mümkün zədələrə
qarşı sığortalı daşınmasını təmin etməkdir. Elə məhsullar var ki, xüsusi
qablaşdırmada, zədələrdən mühafizə olunaraq çatdırılmalıdır. Əgər məhsul
çatdırılma zamanı zədələnərsə, satıcı mağazaya geri qaytarılmasına və yenisi ilə
əvəzlənməsinə, mümkündürsə, kompensasiyanın alınmasına köməklik göstəririk”
Məlumat üçün bildirək ki, məhsulun çatdırılma haqqı 2 dollardan başlayır və çəkiyə görə dəyişir.
Aygün ƏZİZ
"Alış-veriş etməyi hər qadın kimi çox sevirəm. Amma brend mağazalardakı cib yandıran qiymətlər ya məni maddi ziyana salır, ya da alış-veriş arzumu ürəyimdə qoyurdu. Hətta dəfələrlə dostlarla yığışıb, məhz alış-veriş üçün qonşu ölkə Türkiyəyə getmişik. 3 günlük gedib, 1 illik geyim ehtiyaclarımızı alıb gəlirdik. İndi isə Türkiyədən alış-veriş etmək üçün ora getməyə ehtiyac yoxdur. Evdə oturduğum yerdə istədiyim brend mağazadan Bakıdakından dəfələrlə ucuz qiymətə geyim ala bilirəm”.
Bu sözləri Günay deyir. Günay geyimlərini Türkiyənin məşhur onlayn alış-veriş platforması olan trendyoldan alır. Dediyinə görə, geyimlər bizim mağazalarla müqayisədə 4-5 qat ucuz başa gəlir.
Günayın sözlərindən təsirlənib müqayisə aparmaq
üçün brend mağazalara üz tutdum. Trendyolda Bakıdakı mağazaların əksəriyyətində
satılan məhsullar mövcuddur. Qiymətlər isə, həqiqətən kifayət qədər ucuz başa gəlir.
Məsələn, məşhur brendlərdən birinin köynəyi Bakıda 80 manat, trendyolda isə 25
manatdır. Çatdırılma pulu ilə birlikdə maksimum 40 manata başa gəlir. Yaxud
500-600 manata olan paltoları 300 manata almaq mümkündür. Bakıdakı bəzi
mağazalarda məhsulların üzərində türk lirəsi ilə alış qiymətini olduğu kimi
saxlayıb, qarşısına manatla yeni qiymət yazıblar. Məsələn, şalvar Türkiyədə 75
tl-dirsə (21,30 manat), bizim brend mağazamızda 75 manata satılır.
Bəs, belə sərfəli
alış-veriş etməyin xüsusi qaydası varmı? Nələrə diqqət etməli, hansı nüansları
gözardı etməməliyik?
Jurnalist
Tural İbadlı geyimlərini
əsasən brend mağazalardan və onlayn şəkildə alır. Deyir ki, alış-veriş zamanı əsas
məsələ qiymət və keyfiyyətdir: "Mən tez-tez xarici onlayn resurslardan həm
özüm, həm də yaxın tanışlarım üçün alış-veriş edirəm. Ən çox eşitdiyim və
özümün də müşahidələrim zamanı rast gəldiyim məsələ budur ki, bizim ölkəmizdə
olan brend malların mağazalarında rəngarənglik yoxdur. Əksər hallarda tünd rəngli
geyimlər satılır. Amma eyni brendin xaricdəki mağazasında, yaxud saytında çox
gözəl seçimlər olur. Hərdən düşünürsən ki, Türkiyə, yaxud başqa ölkələrdə
satılmayan məhsulları Azərbaycana göndərirlər?”
"Diqqət və bəxt
lazımdır”
Tural deyir ki, xaricdən onlayn geyim, yaxud başqa
nəsə aldıqda, mütləq təhlükəsizliyə fikir vermək lazımdır: "Yəni ödəniş üçün
kart məlumatları daxil etdiyiniz sayt mütləq minimum təhlükəsizlik tələblərinə
cavab verməlidir. Sadə şəkildə desək, hər bir saytın adının önündə HTTPS
protokolu olmalıdır. Digər məsələ məhsulun göndərilib-göndərilməməsi, malın şəkildə
göstərildiyi kimi olub-olmaması ilə bağlıdır. Bunun üçün mütləq "feedback”
deyilən müştərilərin fikirlərini axtarıb tapmaq lazımdır. Adətən forumlarda,
yaxud saytın məlum bölümündə belə rəylər tapmaq olur. Məsələn, mən bir neçə ay əvvəl
Finlandiyanın bir saytından qadın geyimi sifariş vermişdim. Bu saytı ilk dəfə
tanıdığım üçün almazdan əvvəl məndən öncə alış-veriş edən müştərilərin rəylərini
oxudum. Onların 99 faizi deyirdi ki, məhsul vaxtında gəlib çatır. Əsas məsələlərdən
biri elə budur. İkinci önəmli məsələ isə keyfiyyətdir. Bəziləri deyir ki, məhsul
şəkildə göründüyü kimi keyfiyyətlidir, 30 faizi deyir ki, keyfiyyətli deyil və
s. Adətən trenddyol, hepsiburada, aliexpress, ebay, amazon kimi tanınmış
alış-veriş saytlarında elə də ciddi problemlərlə qarşılaşmırıq. Əsasən, tanımadığınız
hansısa saytın məhsulu ilə qarşılaşanda, problem yarana bilər. Bunun üçün isə diqqət
və bir qədər də bəxt lazımdır”.
"3D secure”
Həmsöhbətimizin sözlərinə görə, kart məlumatlarının
təhlükəsizliyi də ən çox müzakirə olunan məsələlərdəndir: "Şiddətlə tövsiyə
olunan məsələlərdən biri plastik kartları "3D secure” sisteminə qoşmaqla
bağlıdır. Bu qoşulma olduqda, sizin kartınızla ödəmə əməliyyatı aparıldıqda,
qeydiyyatdan keçirdiyiniz mobil nömrənizə şifrə gələcək. Həmin şifrəni saytda
açılan pəncərədə daxil edən kimi, əməliyyat baş tutacaq. Bu isə kart məlumatlarının
digərləri tərəfində ələ keçirilməsi zamanı vəsaitlərin istifadəsinin qarşısını
alır. Hazırda "Visa İnternational” və "MasterCard” kimi beynəlxalq kart sistemlərinin
hamısı bunu tələb edir. Hətta əksər saytlar bu növ təhlükəsizliyi olmayan
kartlarla alış-verişi rədd edir. Amma bəzi saytlarda belə bir tələb yoxdur.
Misal, üçün Çinin onlayn pərakəndə ticarət nəhəngi aliexpress.com saytı sizin
qarşınıza belə bir təhlükəsizlik tələbi qoymur”.
Bəs ölçünü
necə tənzimləyək?
Bir çox hallarda geyinib əynimizdə yoxlamadığımız məhsulu
almaqdan çəkinirik. Tural deyir ki, hər brendin öz ölçü kriteriyası olur: "Geyim
seçərkən təhlükəsizlik qədər önəmli məsələ onun ölçüsüdür. Adətən hər brendin
öz ölçü kriteriyası olur. Bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Adətən
saytlarda bu yazılır. Xüsusən də aldığınız malın ölkəsindən asılı olaraq, US,
EU və UK tipli ölçü kateqoriyaları olur. Ölçü cədvəlinə diqqətlə baxıb, onu
uyğunlaşdırmaq lazımdır. Tez-tez eşitdiyim Azərbaycansayağı üsul isə belədir
ki, kimsə X brendinin məhsulunu onlayn almaq istəyir və həmin brendin Azərbaycandakı
mağazasında geyinib yoxlayır. Nəticədə eyni ölçünü sifariş edir. Amma nəzərə
almaq lazımdır ki, heç də bütün brendlərin Bakıda mağazası yoxdur. Düşünürəm
ki, bu səbəbdən də ən yaxşı üsul saytlarda verilən ölçülərə uyğun ölçmələr
aparmaqdır. Öz bilgilərimə əsaslanıb bu sahədə az təcrübəsi olan, yaxud heç bir
təcrübəsi olmayan şəxslərə tövsiyə edirəm ki, Türkiyə saytlarından alış-veriş
edərkən yuxarıda dediyim məsələlərlə yanaşı, "MasterCard”a məxsus kartlarla
alış-veriş etməyə çalışsınlar. Əslində hər iki sistem – "Visa” və "MasterCard”
kifayət qədər təhlükəsizdir. Yəni kart sahibləri üçün maksimum təhlükəsizliyi təmin
etmək üçün ən son texnologiyalardan istifadə edirlər. Amma bir məsələ var ki,
"MasterCard” Türkiyə saytlarından alış-veriş edən Azərbaycan banklarının müştəriləri
üçün xüsusi kampaniyalar keçirir. Hətta müəyyən endirimlər də olur. Bu isə həm də
əlavə xərclərdən azad olma deməkdir”.
"Həm qiymətdə
uduruq, həm də seçim çoxdur”
Həmsöhbətimiz deyir ki, uşaq paltarlarını da onlayn şəkildə alır: "Burdakı mağazalarda bahadır, uşaq bir mövsüm geyinəcək deyə, paltarlarına çox pul verməyə əlim gəlmir. Misal üçün, LC waikiki-də 50 manata olan eyni paltarı türk saytlarından 16 AZN-ə alıram. Limak.az-la da çatdırılmanı edirəm. Orada qiymətlər daha münasibdir və 3 manat 60 qəpik də çatdırılma edir. Qısası, 50 manatlıq geyimi 19.60 manata almış oluram”.
Həmsöhbətimiz sonda vurğuladı ki, onlayn
alış-verişin mənfi cəhəti ucuz görüb pulu çox xərcləməkdir: "Məhsullar o qədər
ucuz və rəngarəngdir ki, dayanmaq olmur. Hər dəfə "bu dəfə az alacağam” adı ilə
başlayıb, bütün pulumu bitirirəm”.
Məhsulu seçdiniz,
ödənişini etdiniz. Bəs necə çatdırılsın?
Onlayn alış-veriş etmək istəyən şəxs Limak.az
saytında qeydiyyatdan keçməklə, öz kartı ilə xarici onlayn alış-veriş
saytlarından sifarişini verə, əgər alış-veriş etmək istədiyi saytlarda kartı
keçərli olmazsa, Limak-ın mənim üçün "sifariş et" xidmətindən
faydalana bilər. Sifariş verildikdən sonra onu ünvana çatana qədər saytda izləmək
mümkündür.
Limak-ın Pr
meneceri Samir Əfətlideyir ki, Limak həftənin hər günü 24 saat çalışan, həmçinin bütün sosial şəbəkələrdən
qısa zamanda geri dönüş edən yeganə şirkətdir. Həmsöhbətimizin sözlərinə görə,
daha çox geyimlər və kosmetik vasitələr sifariş olunur: "Faiz nisbətilə götürsək,
daha çox geyim və kosmetik vasitələr daşıyırıq. Ev aksesuarları, avtomobil hissələri
gətirənlər də var. Tələbat hazırda endirimlər zamanı geyimlərə və kosmetik
vasitələrədir. Onlayn alış-verişin sürətlə yayılmasının səbəbi, almaq istədiyimiz
məhsulun görünüşünü, xüsusiyyətlərini və qiymətlərini internet saytları vasitəsilə
ətraflı araşdıra bilməkdir. Onlayn alış-veriş insanlara zamana qənaət etmək, istədikləri
hər yerdən, hər zaman alış-veriş etmək fürsəti verir. Ona görə də insanlar son
dövrlər alış-veriş mərkəzlərini ziyarət etməklə yanaşı, onlayn alış-veriş etməyə
də alışırlar və bu tendensiya günü-gündən daha da artan templə davam edir. Faiz
nisbətini dəqiq deməkdə çətinlik çəkirəm. Ancaq yuxarı faiz olduğu məlum məsələdir”.
Əgər məhsul
çatdırılma zamanı zədələnərsə...
Məlumat üçün bildirək ki, məhsulun çatdırılma haqqı 2 dollardan başlayır və çəkiyə görə dəyişir.
Aygün ƏZİZ