• cümə, 26 Aprel, 05:17
  • Baku Bakı 16°C

Mourinyo “Liverpul”la razılaşıbmış, amma...

18.04.20 14:22 879
Mourinyo “Liverpul”la razılaşıbmış, amma...
Joze Mourinyo 2004-cü ildə "Çelsi”yə yox, "Liverpul”a rəhbərlik edə bilərmiş.
Kaspi.az xəbər verir ki, portuqal mütəxəssis "Liverpul”la ilkin razılıq əldə edibmiş. Bu barədə məlumatı Mourinyonun sabiq məsləhətçisi Jorje Baydek «Mourinho: Beyond the Special One, from the origin to the glory» adlı kitabında verib:
"Mourinyo Londona yox, Liverpula getməli idi. Həmin vaxt "Liverpul”un transferlərinə cavabdehliyi Pik Perri daşıyırdı. Jozenin onunla razılaşması vardı.
Onlar 15 gün də gözləməyi məsləhət görmüşdülər. Çünki həmin vaxt Jerar Ule hələ də "Liverpul”un baş məşqçisi idi. Amma sonradan "Liverpul” Rafael Beniteslə anlaşdı”.
"Çelsi” Mourinyonun rəhbərliyi altında ilk 2 mövsümdə çempion olub.
banner

Oxşar Xəbərlər