• şənbə, 27 Aprel, 00:26
  • Baku Bakı 14°C

Moldova səfiri: Dünya Çempionatı gözəl təşkil olunub

19.09.19 09:21 528
Moldova səfiri: Dünya Çempionatı gözəl təşkil olunub
Bakıda 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatı ən yüksək səviyyədə keçirilir. Bunu Trend-ə Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.
G.Leuka bildirib: "Dünya Çempionatı gözəl təşkil edilib, bu vacib yarışlardır, çünki 2020 Olimpiya Oyunlarına təsnifat xarakterini daşıyır. Azərbaycan Gimnastika Federasiyasını gözəl təşkil münasibəti ilə təbrik edirəm".
Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti barədə danışan səfir belə çox sayda və yüksək səviyyədə gimnastika üzrə tədbirlərin keçirildiyi başqa ölkə tanımır.
G.Leuka əlavə edib ki, Moldova gimnastları Milli Gimnastika Arenasında yaradılan şəraitdən çox məmnundurlar: "Gimnastlar məşqlər və yarşlar üçün yaradılan şəraitdən çox məmnundurlar. Biz şadıq ki, Moldova və Azərbaycan yığmaları hər il öz nəticələrini artırırlar".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
banner

Oxşar Xəbərlər