Məsuliyyətimizi dərk edərək, özümüzü və ətrafımızdakıları qorumaq məcburiyyətindəyik
Son günlərdə Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və bununla bağlı ölüm hallarının sayında artım qeydə alınması ciddi narahatlıq doğurur. Belə ki, iki həftə əvvəl ölkədə gündəlik yoluxma aşağı idisə, hazırda bu göstərici daha maksimum həddə çatıb. Dünyada, xüsusilə region ölkələrində, o cümlədən Rusiya, İran və Gürcüstanda da COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunub.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudov söyləyib.
Rəşad Mahmudov bildirib ki, COVID-19-la səmərəli mübarizə üçün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə indiyədək bir sıra mühüm tədbirlər həyata keçirilib, inqilabi addımlar atılıb. Bunun məntiqi nəticəsi olaraq, müsbət nəticələr əldə olunub. Dövlət sosialyönümlü siyasəti ilə hər bir vətəndaşın sağlıq durumuna prioritet vəzifə kimi yanaşıb. Belə ki, ölkədə pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılıb, bütün texniki-təşkilati məsələlər uğurla həll edilib. Azərbaycanın dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb. Elə bütün bunların nəticəsidir ki, ÜST Azərbaycanın COVID-19-la mübarizədə fəaliyyətini yüksək dəyərləndirərək, bu sahədə nümunəvi ölkə adlandırıb.
Rəşad Mahmudovun sözlərinə görə, karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması, şənlik mərasimlərinə icazə verilməsi, xaricə gediş-gəlişin başlanması və artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına gətirib çıxarıb.
Milli Məclisin deputatı deyib: "Hazırda vətəndaşlarda arxayınlıq yaranması, gigiyena və təhlükəsizlik normalarına əməl edilməməsi, gündəlik həyatda mövcud qaydaların pozulması hallarının artması ciddi narahatlıq doğurur. Xəstəxanalara müraciət edənlərin, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım nəzərə çarpması da vəziyyətin getdikcə ağırlaşmasından xəbər verir. Buna görə də indiki mövcud şərait vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunması, qapalı məkanlarda maskadan istifadənin unudulmaması, ara məsafənin saxlanılması və gigiyenik qaydalara əməl edilməsi kimi amillər cəmiyyətdə daha çox diqqət mərkəzində saxlanılmalıdır”.
Rəşad Mahmudov qeyd edib ki, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər. Bu məqamda xüsusilə qonşu ölkələrdə sürətlə yoluxma artımı, tətil mövsümündə bu artımın Azərbaycana da mənfi təsir göstərdiyi nəzərə alınmalıdır. Unutmayaq ki, qonşu Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. Qardaş ölkədə iyul ayı ilə müqayisədə hazırda yoluxanların sayı dəfələrlə artıb. Belə ki, əgər iyunda bu rəqəm 5-7 min həddində idisə, indi 22-25 min nəfərə çatıb. Qonşu Gürcüstanda da vəziyyət acınacaqlı səviyyəyə çatıb, son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib. Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım müşahidə olunub. Qonşu İranda isə yoluxmada son vaxtların maksimum göstəricisi- gün ərzində 39 min 619 yoluxma halı qeydə alınıb.
Virusun yeni ştamlarının region ölkələrində yayılmasının Azərbaycan əhalisi üçün də siqnal olduğunu xatırladan deputat, həmçinin xüsusən payız aylarında koronavirusun yeni ştamlarının insanlıq üçün yarada biləcəyi təhlükənin hələ ki, qarşımızda dayandığını bildirərək deyib: "Payız aylarında gözlənilən təhlükələrin qarşısının alınması da zamanında olunan peyvəndlər vasitəsilə gerçəkləşə bilər. Virusa yoluxmuş olsaq belə, vaksin olunmaqla 6 aydan sonra yenidən üçüncü dozanın qəbul olunması gələcəkdə yoluxmaların sayının azaldılmasına və ya yoluxma zamanı həyatı təhlükənin minimuma endirilməsinə mühüm təsir göstərər. Ona görə də son dərəcə diqqətli olmalı, vətəndaş məsuliyyətimizi dərk edərək, özümüzü və ətrafımızdakıları qorumaq məcburiyyətindəyik”.