Məhkəmə “Barsa”nın futbolçusunu cəzalandırdı
"Barselona”nın
futbolçusu Samuel Yumtiti məhkəmənin hökmü ilə cərimələnib.
Kaspi.az xəbər
verir ki, Yumtitini əvvəllər kirayədə qaldığı mənzilin sahibi məhkəməyə
vermişdi. O iddia edirdi ki, Yumtiti mənzili yarasız vəziyyətə salıb.
Ev sahibi
"Barsa”lıdan dəymiş ziyana görə 183 min avro tələb edirdi. Məhkəmə onun
iddiasını qismən təmin edib. Yumtiti ev sahibinə 33 min avro ödəyəcək.