“Liverpul” “Arsenal”ı məğlub edib

“Liverpul” “Arsenal”ı məğlub edib

İdman
25 Avqust 2019, 09:40 4921
Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun mərkəzi qarşılaşması keçirilib.
 
Trend xəbər verir ki, "Enfild” stadionunda "Liverpul” London təmsilçisi "Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. "Arsenal”ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan "Liverpul” 9 xalla turnir cədvəlinin vahid lideri olub. "Arsenal” isə 6 xalla ikinci yerdədir.