Lisenziyalı, yoxsa pirat proqramlar?

Mütəxəssislər hamını maraqlandıran suallara aydınlıq gətirdilər
Son vaxtlar həm dövlət təşkilatları, həm də özəl sektorda kompyuterlərdə istifadə olunan əməliyyat sistemlərinin lisenziyalarının yoxlanılması prosesi gedir.Qeyd edəkki,Beynəlxalq Biznes Proqram Alyansının (BSA) 2015-ci il üçün hesabatında deyilir ki,Azərbaycanpirat Windows əməliyyat sistemindən istifadəyə görə dünyada ön sıralarda yer tutur. Belə ki, kompyuter istifadəçilərinin 85 faizi lisenziyasız proqramlardan istifadə edir və bu, 103 milyon dollar itkiyə səbəb olub. Bəs necə olur ki, pirat proqramlar meydana çıxır? Lisenziyalı proqram istehsalçısı yaratdığıproqramaçəkdiyi xərci nəzərə alaraq həmin proqrama öz qiymətini təyin edir və bazara çıxarır. Sonra haker adlandırılan proqramçılarhəmin proqramın demo versiyasını (yəni məhdud müddətli sınaq versiyasını) internetdən əldə edir, proqramın müdafiəsini “qırır” və orijinalın qiymətindən dəfələrlə aşağı qiymətə bazara təqdim edir. Bəzən isə sadəistifadəçi çox vaxt heç xəbəri də olmadan pirat proqramı lisenziyalı proqram qiymətinə alır və istifadə edir.Bəs pirat “Windows”danistifadəninkompyuterimizənə kimi mənfi təsirləri var?Bu zamanşəxsi məlumatlarımızkompyuterimizdən oğurlana bilərmi? Mövzu ilə bağlı ekspertlərin rəyini aldıq.
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssis Elvin Şükürov qəzetimizəaçıqlamasında qeyd etdi ki, pirat proqramlarıngeniş yayılmasınınəsas səbəbilisenziyalı proqramların qiymətinin əksər ölkələrdəbaha olmasıdır: “Lisenziyalı proqramların qiymətixeyli bahadır. Bunu isə hər kompyuterə görəala bilmək maddi baxımdan biro qədər dəəlverişli deyil və praktik olaraq mümkün deyil. İstifadəçilərin bir çoxu lisenziyalı proqram ilə pirat proqram arasındakı fərqləri bilmir və buna görə də çox vaxt aldanır. Təhlükəsizlik məsələsinəvə kompyuterə dəyə biləcək ziyana gəldikdə isə pirat proqram təminatlarınınbu baxımdan bir qədər təhlükəli olduğunu qeyd etmək istərdim. Çünki pirat proqramlar kompyuterin fəaliyyətinə xeyli dərəcədə mənfi təsir göstərir”.
E.Şükürov bildirdi ki, lisenziyasız proqramlardan istifadə zamanı kompyuterimizə bəzi viruslar da düşə bilər: “Həmçinin digər bir məqamı danəzərə almaq lazımdır ki pirat proqram təminatları vasitəsi ilə müxtəlif virusların, troyanların və s. kompyuterə düşməsi qaçılmazdır. Bunun qarşısını almaq isə bir o qədər də asan məsələ deyil. Bir mütəxəssis olaraqmən məsələnin həlli yolunuinsanların maarifləndirilməsində görürəm”.
İKT mütəxəssisi Namət Məmmədzadə“Kaspi”yə açıqlamasında bildirdi ki, pirat proqramlar şəxsi təhlükəsizliyə heç bir təminat vermir: “Pirat kompyuter proqramları faylların saxlanmasına və oğurlanmamasına cavabdehlik daşımır. Bu baxımdan qeyd etmək istərdim ki,əksinəolaraq lisenziyalı kompyuter proqramları vasitəsiləkənardan əlavə müdaxilənin qarşısını almaq müəyyən mənada mümkündür. Lisenziya olmadıqda proqramların yenilənməsi ( update ) gəlmir və ya gəldikdə isə proqramın isləməsinə müxtəlif əngəllər yaradır”.
Mütəxəssisin sözlərinə görə, piratın növlərindən asılı olaraq təhlükəsizlik qaydaları da dəyişir: “Bəzi funksiyalar tam olaraq piratınnövündən aslı olaraq dəyişir. Bunun qurbanına çevrilməməyin ən sadə yolu proqramıhardan gəldi yükləyib mənbəsi bəlli olmayan yerdən açar götürməməkdir. Proqramın düzgün saytından və pullu lisenziya almaqla öz təhlükəsizliyinizi təmin edə bilərsiniz. Əslindəpirat proqram lisenziyalı proqramın sındırılmış veriyasıdır”.
İKT mütəxəssisi İlham İsmayılov məsələyə fərqli aspektdən yanaşır: “Lisenziyalı proqramların qiyməti xeyli bahadır. Bəzi lisenziyalı proqramların qiymətitəxminən 500-600 manat arasındadır. Bu isəAzərbaycandakı istifadəçilər üçün əlverişli deyil. Təhlükəsizlik məsələlərinə gəldikdə isə qeyd edim ki, mən 10 ildir bu sahə üzrə fəaliyyət göstərirəm və belə bir problemlə hələ ki rastlaşmamışam. Lisenziyası olmayan proqram təminatları kompyuterin fəaliyyətinə o qədər də mənfi təsir göstərmir.Proqramınlisenziyalı, yaxud pirat olması şəxsi informasiyalara heç bir təsir göstərmir. “Microsofot Windows”u isə müəyyən krəklər vasitəsilə sındırır, Windows 7,8və XP proqramlarını yazıb istifadə edirlər. Qeyd edim ki, Windows 10 əməliyyat sistemiMicrosoft şirkəti tərəfindən pulsuz olaraq yerləşdirilib.LisenziyalıWindows proqramlarının qiyməti 150-200 dollar arasında dəyişir. Adətənpirat versiyalarrussaytlarına yerləşdirilir və istifadəçilər onları həminsaytlardan əldə edir. O ki qaldı təhlükəsizlik məsələlərinə, burada lisenziyalı, yaxud pirat kompyuter proqramlarının heç bir fərqi yoxdur”.
“Trend”in verdiyi məlumata görə,“Microsoft-Azərbaycan” şirkətindən qeyd edilib ki, pirat “Windows”dan istifadə zamanı kompyuterinizin sürəti 56% azalır. Bu zaman şəxsi məlumatlar oğurlanır, çünki hər səkkizinci pirat diskdə parollar və şəxsi məlumatların oğurlanması üçün istifadə oluna bilən gizli proqram kodu var. Eyni zamanda, pirat proqram təminatına quraşdırılmış casus proqramları bank hesabları, o cümlədən bank kartlarının məlumatlarını, telefon nömrələrini, pasport məlumatlarını toplaya və fırıldaqçılara göndərə bilir. Pirat “Windows”dan istifadə viruslara yoluxma və xəta risklərini də xeyli artırır. Buna görə də “Microsoft-Azərbaycan” orijinal proqram təminatına üstünlük verməyi tövsiyə edir. Həmçinin qeyd edilir ki, pirat proqram təminatının istifadəsi və yayılması “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında qanunun pozulması deməkdir.
Şəbnəm Mehdizadə