ÇL-də gözlənilən və gözlənilməz nəticələri

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Kaspi.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki
təmsilçimiz "Qarabağ” "Samtredia”nı qəbul edib və rəqibinə 5 cavabsız qolla
qalib gəlib.
İlk oyun günündə Bakıdakı matçla yanaşı, daha 3 qarşılaşma baş tutub.
"Partizan" evdə "Buduçnost"a, "Riyeka" da TNS-ə 2
cavabsız qolla qalib gəlib. "Zalsburq" isə "Hibernians"
səfərində darmadağına sevinib.
Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina” isə
ÇL-ə uğursuz başlayıb. Slovakiya çempionu Danimarka "Kopenhagen”i ilə oyunda
məğlubiyyətlə üzləşib.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
11 iyul
Qarabağ (Azərbaycan) - Samtredia (Gürcüstan) 5:0
Hibernians (Malta) - Zalsburq (Avstriya) 0:3
Partizan (Serbiya) - Buduçnost (Monteneqro) 2:0
Rieka (Xorvatiya) - Nyu-Sents (Uels) 2:0
12 iyul
Spartak (Latviya) - Astana (Qazaxıstan) 0:1
APOEL (Kipr) - Düdelanj (Lüksemburq) 1:0
Zrinski (Bosniya və Herseqovina) - Maribor (Sloveniya) 1:2
Malmö (İsveç) - Vardar (Makedoniya) 1:1
Hapoel (Beyer-Şeva, İsrail) - Honved (Macarıstan) 2:1
Şerif (Moldova) - Kukesi (Albaniya) 1:0
BATE (Belarus) - Alaşkert (Ermənistan) 1:1
Jalgiris (Litva) - Ludoqorets (Bolqarıstan) 2:1
Mariehamn (Finlandiya) - Legiya (Polşa) 0:3
Jilina (Slovakiya) - Kopenhagen (Danimarka) 1:3
Dandalk (İralndiya) - Rusenborq (Norveç) 1:1
Hafnarfyordur (İslandiya) - Vikinqur (Farer adaları) 1:1
14 iyul
20:00 Linfild (Şimali İrlandiya) - Seltik (Şotlandiya)
