• cümə, 29 Mart, 13:42
  • Baku Bakı 14°C

Küveyt Elektron Media Birliyinin rəhbəri azad edilmiş ərazilərdəki dağıntıları pisləyib

01.03.21 14:30 578
Küveyt Elektron Media Birliyinin rəhbəri azad edilmiş ərazilərdəki dağıntıları pisləyib
Küveyt Elektron Media Birliyinin rəhbəri Feysəl Xəlifə Əs-Səvvağ Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərindəki dağıntıları pisləyən bəyanat yayıb.
Bu barədəAPA-ya Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.
"O, Azərbaycan Respublikasının Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin dəvəti ilə ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlara etdiyi ziyarət zamanı qeyd edib ki, hər bir şeyi, o cümlədən məscidləri, binaları, xəstəxanaları əhatə edən dağıntı və vandalizm, qətl, insanları doğma yurdlarından didərgin salma, qəbirlərin talan edilməsi kimi əməllər təcavüzkarın vandal və vəhşi olmasına şübhə yeri qoymur.

Əs-Səvvağ beynəlxalq ictimaiyyətdən və İslam dövlətlərindən suverenlik və ərazi bütövlüyünü qorumaqda, bu amansız təcavüzlə mübarizədə öz vətəndaşlarını müdafiə etməkdə Azərbaycanı dəstəkləməyi, sözügedən cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməkdə qətiyyətli mövqe sərgiləməyi tələb edib.
Əs-Səvvağ eləcə də Ermənistanın insan hüquqlarını və beynəlxalq müqavilələri pozmasının, bu cür cinayətlərin yenidən baş verməsinin və ya qonşu dövlətlərin suverenliyinə təcavüzünün, həmin dövlətlərin vətəndaşlarının terrorla üzbəüz qalmasının təkrarlanmaması üçün BMT Təhlükəsizlik Şurasının beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında öz rolunu yerinə yetirməsinin zərurətini vurğulayıb”, - deyə qeyd olunub.
banner

Oxşar Xəbərlər