• cümə, 26 Aprel, 11:30
  • Baku Bakı 12°C

Koronavirusa 5 futbolçu yoluxduğu üçün sevinir

11.05.20 12:00 604
Koronavirusa 5 futbolçu yoluxduğu üçün sevinir
La Liqanın rəhbəri Xavyer Tebas koronavirusa yoluxan futbolçular barədə danışıb.
Kaspi.az xəbər verir ki, İspaniya çempionatının iyunun 12-də bərpa olunması planlaşdırılır. Artıq futbolçular məşqə çıxır və testdən keçirlər. Tesdən keçən futbolçulardan 5-inin koronavirusa yoluxduğu məlum olub. Tebas isə bildirib ki, bu rəqəm onu sevindirir, çünki daha çox yoluxma gözləyirmiş:
"Situasiyaya adaptasiya olmalıyıq. Cəmisi 5 yoluxma halı qeydə alınıb. Biz isə 25-30 yoluxma gözləyirdik. Bu, futbol təsərrüfatı və İspaniya ictimaiyyəti üçün yaxşı xəbərdir.
Bu futbolçular daha bir dəfə tesdən keçəcəklər. Onlar xəstəliyin son mərhələsindədirlər və artıq sağalmaq üzrədirlər. Mən xahiş edirəm ki, sanitar qaydalarına ciddi əməl edək ki, yoluxma halları az olsun.
Futbolçulara ciddi nəzarət olunacaq. Bizim davranışımız cəmiyyət üçün nümunə olmalıdır”.
banner

Oxşar Xəbərlər