Keyfiyyətə önəm verən zavod - Reportaj
Türkiyə, Çexiya və Almaniya şirkətləri Texniki Avadanlıqlar Zavodunun məhsulları ilə maraqlanıblar
Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının əsas məqsədi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaqdan ibarətdir. Eyni zamanda belə bir parkın yaradılması bu sahədə sahibkarlığı dəstəkləməyə, qeyri-neft sektorunun davamlı inkişafını təmin etməyə, ən nəhayət əhalinin istehsal sahəsində məşğulluğunu artırmağa hesablanıb. Qarşıya qoyulan bu məqsədlərə çatmaq üçün Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların, yəni işlərin, xidmətlərin istehsalı və emalı müəssisələrinin yaradılmasına, rezidentlərin prosesə cəlb edilməsinə başlanılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2013-cü il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Hazırda Parkın ərazisində “Azərtexnolayn” MMC-nin 3 istehsal müəssisəsi – Polad Boru, Polietilen Məmulatları, Texniki Avadanlıqlar zavodları fəaliyyət göstərir. Həmin müəssisələrlə tanışlığın nəticəsi olaraq, qəzetimizin 4 fevral tarixli sayında Polad Boru Zavodundan geniş reportaj hazırlamışdıq. Bu dəfə isə oxucularımıza Texniki Avadanlıqlar Zavodunun fəaliyyətindən söhbət açacağıq.
Texniki Avadanlıqlar Zavodunda qaz, su siyirtmələri, həmçinin dairəvi siyirtmə, eləcə də yanğın hidrantı, tək və cüt kürəli hava təxliyə vantuzları, menhol sistemi, siyirtmə qovşağı istehsal olunur. Zavodun laboratoriyasında spektral analiz cihazı ilə analizlər aparılır. Burada həmçinin qum laboratoriyası və mikro quruluş laboratoriyası da mövcuddur Mərkəzləşdirilmiş laboratoriyada siyirtmə və hidrotexniki qurğuların istifadəyə tam yararlı olmasına əmin olmaq üçün onlar, dartılma, uzanma və sinifləndirmə testlərindən keçirilir. Bütün hallarda keyfiyyətə önəm verilir.
Bir saatda 40 qəlib basma imkanı
Zavodun direktoru Eldəniz Quliyevlə istehsal müəssisəsini gəzərkən bildirdi ki, buradakı bütün işlər metal əritmə və texniki emal sahələrində baş verir. O, qeyd etdi ki, zavodun tökmə, emal, model və mühəndis işləri də işçilər tərəfimizdən tələbatlara uyğun şəkildə həyata keçirilir: “Zavodun metal əritmə sahəsində hərəsi 5 tonluq olmaqla, iki böyük induksiya ocağımız var. Bunlar ikisi sinxron da işlədilir. Avtomatik qəlibləmə sistemimiz 1 saatda 40 qəlib basma imkanına malikdir. Biz əsasən su siyirtmələri, klapanlar, onların parçalarını, eləcə də çuqunun bir çox sahələrini hazırlayırıq. Su sahəsində istifadə edilən bütün siyirtmələri biz bu sexdə tökə bilirik. Onların modellənməsi, işlənməsi kimi işlər də burada həyata keçirilir. Qəlibdən çıxan mallar ilk öncə qumlanmağa, sonra isə kəsimə gedir. Hər bir mərhələdə keyfiyyət idarəetmə sisteminin işçiləri məhsulları yoxlayır, uyğunluq verirlər. Tökmə sexində bitmiş qurum emal sexinə verilir. Emal sexində isə istiqamətinə görə parçalar işlənməyə başlanılır”.
İki növbəli iş rejimi, 250 daimi iş yeri
Direktor E.Quliyev hazırda zavodda bir növbədə 125 işçinin çalışdığını, onlar üçün standartlara uyğun iş şəraitinin yaradıldığını, təhlükəsizlik qaydalarına tam riayət olunduğunu söylədi. Dedi ki, ötən ilin oktyabr ayından fəaliyyətə başlayan zavod təxminən bir ay sonra iki növbəli iş rejiminə keçəcək. O zaman isə zavoddakı işçilərin sayı təxminən 250 nəfərə yaxın olacaq: “Zavodda çalışanların 98 faizi yerli kadrlardır. Çünki Azərbaycanda tökmə sahəsi uzun illər olduğundan, bu sahədə kadr potensialı, işçi qüvvəsi, mütəxəssis yetərincədir. Sadəcə bizim zavodun tökmə sahəsi daha müasir avadanlıqlarla təchiz olunduğundan, kadrlar arasında seçim edir, xaricdən dəvət etdiyimiz mütəxəssislər vasitəsilə onlara kurs keçir, avadanlıqlarla işləməyi, davranmağı öyrədirik. Təxminən 1-2 aylıq təlimlərdən sonra kursu uğurla bitirən, peşəkarlığını daha da artıran kadrlar işə buraxılır, istehsalatda çalışmağa başlayırlar. Sahə üzrə müxtəlif vakansiyalar tərəfimizdən müəyyən edilir, həm zavodun və Sumqayıt Kimya Sənaye Parkının rəsmi saytında yerləşdirilir, həm də dövlət məşğulluq idarəsinə, işədüzəltmə mərkəzlərinə göndərilir. Həmin dövlət qurumları da iş üçün müraciət edən namizədləri zavoda göndərir. Bizdə mütəxəssis heyəti üçün müəyyən testlər də var. Onlar bu testdən keçirlər. Fəhlə heyəti üçün isə iş başında testlər olur. Yəni, onların bacarığı, iş qabiliyyəti elə iş prosesində yoxlanılır, bundan sonra işə qəbul edilib-edilməmələri barədə qərar verilir”.
Türkiyə, Çexiya və Almaniyaya ixrac imkanı
E.Quliyev bizi zavodun fəaliyyəti ilə tanış edərkən onu da vurğuladı ki, burada istehsal olunan məhsulların xarici bazarlara çıxarılması üçün müvafiq işlər görülür. Onun sözlərinə görə, artıq Türkiyə, Çexiya və Almaniya şirkətləri zavodun məhsulları ilə maraqlanmağa başlayıblar: “Tökmə sahəmizin imkanları geniş olduğu üçün xarici ölkələrdəki şirkətlər bizdən tökmə nümunələri istəyiblər. Biz də istehsal etdiyimiz nümunələrdən xaricə baxış üçün göndərmişik. Eyni zamanda məhsulların qiymətləri barədə də onlara məlumat vermişik. Demək olar ki, bu prosesdə Rusiya və Türkiyədən önə çıxmağı bacarmışıq. Zavodumuzun istehsal etdiyi məhsul və qiymət siyasəti xarici şirkətlər üçün daha uyğun gəlib. Faktiki olaraq, Türkiyə, Çexiya və Almaniyadan təkliflər almışıq. Həmin ölkələrdən bizə sifariş verəcək şirkətlər öz auditləri vasitəsilə bir aylıq yoxlama, araşdırma işlərini aparırlar. Bu proses uğurla başa çatdıqdan sonra istehsal etdiyimiz malları xaricə, həmin şirkətlərə ixrac edə biləcəyik. Əsas hədəfimiz keyfiyyəti qorumaq şərti ilə zavodu 24 saat işlətmək, daxili tələbatla yanaşı, bacardıqca məhsulumuzu daha çox xarici ölkəyə ixrac etməkdir. Bunun üçün potensialımız, yetərincə kadr ehtiyatımız, işçi gücümüz var”.
Gənc kadrların seçimi
Zavodda iş prosesi ilə tanışlıq zamanı işçilərlə də həmsöhbət olduq. Bakı şəhərindəki 9 mikrorayon ərazisində yaşayan Saleh Mirzəyev artıq 5-ci aydır ki, bu zavodda çalışır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. Avtomatik qəlibləmə qurğusunun operatoru olan S.Rzayev bu zavodun onun üçün ilk iş yeri olduğunu, fəaliyyəti müddətində işin incəliklərini daha dərindən öyrəndiyini bildirdi: “Mən bu zavodda artıq 5-ci aydır işləyirəm. İlk iş yerim bu zavoddur. İş üçün müraciət etdikdən sonra təxminən 1 ay müddətində təlim keçdim, sonra isə iş prosesinə başladım. Hazırda avtomatik qəlibləmə qurğusunun operatoruyam. Burda işlədiyim müddətdə çox şey öyrənmişəm. Demək olar ki, hər gün biliklərimi bir qədər də artırıram. İlk iş yerimdə qazandığım təcrübə nə qədər yaxşı olarsa, gələcəkdə bu sahədə daha çox uğur əldə edə biləcəm. Ona görə də indiki biliklərim, öyrəndiklərim mənim üçün baza rolunu oynayacaq. İşlətdiyim qurğu Qafqazda ilk belə qurğudur. Mürəkkəb olduğu qədər də olduqca maraqlı iş prosesi gedir burada. İşimə məsuliyyətlə yanaşmağa, mənə olan etimadı doğrultmağa, ən əsası da öz sahəmdə peşəkarlığımı daha da artırmağa çalışıram”.
İşçilərə göstərilən münasibət
S.Rzayev iş yoldaşları ilə mehriban bir ailənin üzvləri kimi ünsiyyət saxladığını, köməyə ehtiyac olduğu zaman bir-birilərindən bildiklərini əsirgəmədiklərini də diqqətə çatdırdı. Onu da əlavə etdi ki, zavodda işçilərin mənzil başına, oradan da istehsal müəssisəsinə vaxtlı-vaxtında çatdırılması üçün servis fəaliyyət göstərir. Bu səbəbdən işçilərin nəqliyyat problemi yoxdur. Aylıq məvacibə gəlincə, o, çəkdiyi əziyyət müqabilində aldığı maaşın dolanışıq üçün yetərli olduğunu bildirdi.
Rufik İSMAYILOV Reportaj">
Reportaj">