• bazar ertəsi, 23 dekabr, 23:16
  • Baku Bakı 8°C

“Kaspi”nin əməkdaşına mükafat verilib

28.12.21 17:37 1150
“Kaspi”nin əməkdaşına mükafat verilib
2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsi mədəniyyətimiz, ədəbiyyatımız üçün çox əlamətdar oldu. "Nizami Gəncəvi İli” həm də "Ədəbiyyat İli” demək idi. Bu il ölkəmizdə dahi ədibin həyat və yaradıcılığı haqqında çoxsaylı tədbirlər keçirildi. İl həm də görkəmli şairin ədəbi irsinin dünyanın müxtəlif ölkələrində yayılması, kitablarının kütləvi tirajlarla çapı ilə yadda qaldı.
Kaspi.az xəbər verir ki, bu il ölkəmizdə Nizami Gəncəvi İli ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən və mədəniyyət naziri Anar Kərimovun imzası ilə təsdiqlənən "Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı” yazarlara, ziyalılara, alimlərə verilib.
Təltif olunanlar siyahısında xalq yazıçıları Anar, Çingiz Abdullayev, Afaq Məsud, Natiq Rəsulzadə, xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, Vahid Əziz, Sabir Rüstəmxanlı, eləcə də Rəşad Məcid, Səlim Babullaoğlu, İlqar Fəhmi, Nigar Həsənzadə və başqaları var.
Nizami Gəncəvi yaradıcılığına aid məqalələr qələmə alan, 10-a qədər kitab hazırlayan gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, "Kaspi” qəzetinin əməkdaşı Fərid Hüseyn də bu dəyərli təltiflə qiymətləndirilib.
banner

Oxşar Xəbərlər