AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Jurnalistlər “Füzuli” yarımstansiyası ilə tanış olublar

Jurnalistlər “Füzuli” yarımstansiyası ilə tanış olublar

Cəmiyyət
16 İyun 2021, 13:10 116
Jurnalistlər Füzuli rayonuna təşkil olunmuş media-tur çərçivəsində yeni tikilən "Füzuli” yarımstansiyasına baş çəkiblər.
 
APA-nın əməkdaşı xəbər verir ki, media nümayəndələri yarımstansiyaya baxış keçirib, görülmüş işlərlə tanış olublar. Məlumat verilib ki, 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
 
Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.
 
Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də "Füzuli” yarımstansiyasının açılışını edib.