İzlənmə, yoxsa məlumatların analizi?
"Pizza
bişirmək istəyirdim, "Youtube” və "Google”da dadlı pizza resepti yazıb axtarışa
verdim. Bir neçə dəqiqə sonra "Instagram”a daxil oldum, qarşıma ancaq "Pizza”
ilə bağlı məkanların reklamları çıxmağa başladı”.
Data analitik deyir ki, burda itirən yoxdur: "Bu üçlü bir sistemdir, burda itirən tərəf olduğunu deməzdim. 3 tərəf də qazanır. "Aliexpress” eynəyi satır, sizə eynək seçimləri təqdim olunur, "Facebook” da məhsulu alıcıya göstərib pul qazanır”.
Aygün Asimqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim olunur
"Whatsapp”da
mesajlaşanda birinə yazmışdım ki, Seula getmək istəyirəm, uyğun bilet olsa, xəbər
et. O mesajdan sonra "Facebook”, "Instagram”da qarşıma durmadan Seul biletlərinin
reklamları çıxır”.
"Yayda
Şağanda oturub film izləyirdik. Birdən elə-belə dedim ki, bəlkə həftə sonu Qəbələyə
gedək? Aha, 2 saniyə sonra poçtuma Qəbələ turu barədə məlumat gəldi. Sonra dəfələrlə
təkrar olunub, amma dünən şok keçirdim! Evdə söhbət əsnasında dedim ki, Cənubi
Amerikada çox görmək istədiyim Çili var, görəsən bir də qismət olarmı, oralara
uçmaq? 5 saniyə sonra telefonuma belə bir məktub gəldi: "Çiliyə uçmaq istərdinizmi?
Şirkətimizin rahat oturacaqlı təyyarələrində yer ayırmağa tələsin”.
Bunlar
sosial şəbəkədə fərqli şəxslər tərəfindən yazılan fikirlərdir. Son vaxtlar bu
cür paylaşımlar addımbaşı qarşımıza çıxır. Əvvəllər belə hallarla qarşılaşanda
bunun təsadüf olduğunu düşünürdük, amma indi texnologiya imkanları bu cür
fikirləşməyə qoymur. Bu cür statusları yazanlar internet üzərindən izləndiyimizi,
şəxsi məlumatlarımızın ələ keçdiyini deyirlər. Bəs doğrudanmı izlənirik? Bu izlənmə
zamanı şəxsi məlumatlarımız ələ keçirmi? Keçirsə, bunun bizim üçün hansı təhlükəsi
var? Burda qazanan və itirən tərəflər kimlərdir?
Məlumatlarımızı kiməsə vermirlər, satmırlar
Data analitik Fuad Tağıyev deyir ki, istifadəçisi olduğumuz hər bir qlobal
internet saytı öz istifadəçilərinin məlumatlarını məxfi saxlamaqda maraqlıdır və
heç kəsə bu informasiyaları vermirlər: "Məlumatlarımızı kiməsə vermirlər,
satmırlar. Ancaq bizim informasiyalarımız onlar üçün həm də puldur. Məsələn,
siz yaxşı bir eynək almaq istəyirsiniz, bununla bağlı tutaq ki, "Facebook”da
axtarış etmisiniz. Və tutaq ki, "Aliexpress” də eynək çeşidləri təqdim edən bir
platformadır. "Facebook” "Aliexpress”ə deyir ki, sən mənə pul versən, məhsulunu
eynək ilə maraqlanan çox adama göstərəcəm, onların eynək alma şansı böyükdür.
"Facebook”un istifadəçiləri çoxdur, "Aliexpress” də pulu verir ki, məhsulu o
eynəyi axtaranlara göstərsin. Burda "Aliexpress” məhsulunun fərd olaraq kimlərə
göstərildiyini bilmir. Sadəcə, ona filan yaş arası, filan ölkədə olan adamlar
qrupu kimi göstərilir. Maraqlananların kimlər olduğunu ancaq feysbuk bilir”.
F.Tağıyev
bildirdi ki, burda işi insan yox, texnika görür: "Yəni bir-bir insanların məlumatları
kimlərsə tərəfindən araşdırılıb analiz edilib qruplaşdırılmır. Bütün bu əməliyyatları
maşınlar icra edirlər. Maşın öyrədilməsi, kodlaşdırılması o qədər böyükdür ki,
özünü dəfələrlə yetişdirir. Alqoritm çox böyük olduğundan bunlar hamısı sürətli
şəkildə insan əli dəymədən edilir. Heç kim deyə bilməz ki, hansısa adam reklamı
götürüb kiməsə göndərir. Milyonlarla adama bir saniyə içərisində ötürülən
informasiyadır”.Burda itirən yoxdur
F.Tağıyevin
sözlərinə görə, bütün bunların bizim üçün heç bir təhlükəsi yoxdur: "Ümumiyyətlə,
məlumat təhlükəsizliyinin kateqoriyaları var. Əgər tanımadığım bir şəxsə yaşımı
və Bakıda yaşadığımı deyirəmsə, burda hər hansı təhlükə ola bilməz. Ancaq mən
yaşımı, ad-soyadımı, yaşadığım ünvanı, telefon nömrəmi deyirəmsə, bu, artıq təhlükəli
ola bilər. Yəni insanların bu kimi məlumatlarını informasiya kimi hansısa şirkətə
satırsansa, o zaman məsuliyyətə cəlb oluna bilərsən. Qlobal şirkətlərdən
danışsaq, heç biri sənin məlumatlarını heç bir quruma vermir”.
Bəs
e-mail vasitəsilə fərqli şirkətlərdən reklam gəlməsinə nə deyək? F.Tağıyev
deyir ki, bu, artıq başqa bir işdir: "Bəzi şirkətlər var ki, "Linkedin”dən
e-mailləri yığıb onu baza şəklinə salıb, satırlar. Bəzən görürsünüz ki, sizə
e-mail vasitəsilə reklam təklifləri gəlir”.Data analitik deyir ki, burda itirən yoxdur: "Bu üçlü bir sistemdir, burda itirən tərəf olduğunu deməzdim. 3 tərəf də qazanır. "Aliexpress” eynəyi satır, sizə eynək seçimləri təqdim olunur, "Facebook” da məhsulu alıcıya göstərib pul qazanır”.
Təsadüf
Daha çox
iddia olunan məsələlərdən biri də ağıllı texnologiyaların sadəcə olaraq yanında
danışdığımız məsələlərlə bağlı reklamların gəlməsindəki roludur. Bəziləri bizim
hətta gündəlik danışıqlarımızın da məlumat olaraq istifadə edildiyini iddia
edirlər. F.Tağıyev qeyd etdi ki, bunlar sadəcə təsadüfdür: "İnformasiya axını o
qədər çoxdur ki, gündəlik qarşımıza çox reklam çıxır. Məsələn, sən "Hyundai
Sonata” almaq istəyirsən, fikrini ancaq ona yönəldirsən. Hətta birdən deyirsən
ki, şəhərdə "Hyundai Sonata”lar çoxalıb. Əslində bu, həmişə belə idi, amma sənin
diqqət mərkəzinə indi düşdüyü üçün belə görürsən. Mümkün deyil ki, telefonun
yanında danışdığın söhbət səs vasitəsilə tutulub sənə ona uyğun reklam göndərilsin.
Özü də Azərbaycan dilində danışırsan, onu sistemin başa düşməsi çətindir”.
Dünya səviyyəsində nüfuzlu şəxs deyilsinizsə...
"Virtual Azerbaijan Company”in baş
proqramçısıVüsal Orucovdeyir ki, əslində, bütün bunlara tam izlənmə də demək olmaz:
"Müasir texnologiyalar bizim izlənməmizə imkan yaradır. Əgər dünya səviyyəsində
nüfuzlu şəxs deyilsinizsə, şəxs olaraq kiminsə məlumatı iri İT şirkətləri üçün
elə də maraqlı deyil. Əsas məqsəd toplu məlumat əldə edib bunu data formasına
salıb data üzərində emal edib uyğun məqsədlər üçün istifadə etməkdir”.
V.Orucovun
sözlərinə görə, əgər biz kompüter hər hansı bir smartfon və yaxud bu tipli
cihazlar və ya sosial şəbəkələrdən istifadə ediriksə, deməli, bizim məlumatlarımız
az da olsa ələ keçmiş sayılır: "Bəzən görürük ki, kompüterlərin kameralarında
örtücü vasitələrdən istifadə olunur. Bunun təhlükəsi nə ola bilər? Kompüterinizə
yoluxmuş proqram əsasında sizin görüntüləriniz müəyyən yerlərə göndərilir,
yazılmış süni intellekt vasitəsilə üz tanınma həyata keçirilir. Qeyd etdiyim
kimi, əgər dünya səviyyəsində tanınmış şəxs deyilsinizsə, bunun sizin üçün elə
də təhlükəli olacağını düşünmürəm.
Bəzən
biz internetdə hansısa bir məhsul axtarırıq və qısa vaxt sonra müşahidə edirik
ki, axtardığımız məhsula uyğun reklamlar qarşımıza çıxmağa başlayır. Hətta bəzən
bunun artıq danışıqda da öz əksini tapması ilə bağlı fikirlər səsləndirilir.
Əslində, bu, bizi elə də qorxutmamalıdır. Reklamın doğru kütləyə çatdırılması
üçün nəzərdə tutulur. Məlumatların ələ keçməsini sosial şəbəkələrdə daha çox
müşahidə edə bilərik. Bu o demək deyil ki, sosial şəbəkələr şəxsi məlumatlar
toplusu formalaşdırmaq üçün yaradılıb. Buna misal olaraq "Facebook”un məlumat
bazası satması qalmaqalını göstərə bilərik. Bu o zaman bizi düşündürməli idi
ki, "Facebook” niyə məhz VPN şirkətini alır? "Facebook” bunun yaradılmış
proqramların vasitəsilə olduğunu bildirdi. Belə ki sosial şəbəkələrdə bu tip
proqram var. Məsələn, sizi ən çox sevən dostunuz kimdir? Hansı məşhura bənzəyirsiniz?
Bu tip proqramlar istifadə olunan zaman artıq siz icazə vermiş olursunuz ki, həmin
proqram sizin məlumatlardan istifadə etsin və beləliklə, sizin məlumatları ələ
keçirə bilsin və bu məlumatlar toplanaraq müəyyən məqsədlər üçün istifadə edilsin.
Düşünürəm ki, bu durum şəxs olaraq bizə elə də təhlükə yaratmır. Amma dövlətin
təhlükəsizliyi ilə bağlı problemlərin yaranması mümkündür. Təsəvvür edin ki, hərbi,
səhiyyə və s. məlumatlar əldə edilərək həmin ölkəyə qarşı istifadə edilə bilər”.
Reklamın doğru kütləyə çatdırılması üçün
Burda
qazanan və itirən tərəflərə gəlincə, V.Orucov bunları söylədi: "İlk növbədə qazanan
böyük dataları satan şirkətlərdir. Reklamın doğru kütləyə çatdırılmasını çıxmaq
şərtilə bizim burdan nə isə qazandığımızı düşünmürəm. İtirməyə gəldikdə isə,
istəmədən dövlət haqqında müəyyən statistik məlumatları vermiş oluruq. Bunun
üçün fərd olaraq müəyyən məlumatların paylaşılmasında diqqətli olmalıyıq ki,
sonda itirənlərdən olmayaq”.
İzlənmə yox, məlumatların analiziİT sahəsi üzrə ekspert Rəşad Əliyev deyir ki, əslində, bu, izlənmə yox, məlumatların
analizidir: "İzlənmə yox, adi süni intellekt deyə bilərik. "Google” kimi böyük
axtarış robotları istifadəçilərin məlumatlarını analiz edərək, ona uyğun
reklamlar göstərirlər. Cihazın yanında danışılanlara əsasən reklam təklif edilməsinə
gəlincə isə, bəlkə də siz özünüz də bilmədən cihazınıza hansısa proqram yüklənər
ki, o səsləri analiz edər, onun əsasında reklamlar gələr”.
R.Əliyevin
sözlərinə görə bütün bu kimi problemlər istifadəçilərin öz hüquqlarını bilməmələrindən
qaynaqlanır: "Bütün sosial şəbəkələrdən qeydiyyatdan keçəndə deyilir ki, məlumatlarınızı
analiz edəcəyik və onun əsasında sizə məlumatlar göstəriləcək. İstifadəçilər adətən
qeydiyyat vaxtı bu kimi məlumatları oxumadan, təsdiqləyib keçirlər. Əgər belə
bir şey istəmirsinizsə, qeydiyyat vaxtı ona razılıq vermirsiniz və bu məlumatları
almaq üçün də qeydiyyatdan keçməmiş olursunuz. Amma adətən, o şərtləri oxumadan
təsdiqləyirsiniz, onlar da analiz edib maraq dairənizə uyğun reklamlar göstərirlər
və reklamları doğru adamlara çatdırmaqla daha çox pul qazanırlar”.Sosial şəbəkə qeydiyyat zamanı diqqətli olmaq
lazımdır
Ekspert
bildirdi ki, hansısa sosial şəbəkədə qeydiyyatdan keçmək müqavilə bağlamaq kimi
ciddi bir işdir: "Siz qeydiyyat vaxtı müqavilə bağlamış olursunuz, oxumadan təsdiqləyirsinizsə,
müqavilə vaxtı buna icazə verirsiniz. Sonra sizə reklamların gəlməsinə etiraz
edəndə, həmin şəbəkə bildirir ki, qeydiyyat vaxtı etiraz etməmisən, təsdiqləmisən.
Ona görə qeydiyyat vaxtı məlumatları diqqətlə oxumaq lazımdır”.
R.Əliyev
qeyd etdi ki, istənilən istifadəçinin onun məlumatlarının harada istifadə edilməsi
ilə bağlı informasiya almaq hüququ var: "Avropa Birliyində GDPR qanunu qüvvəyə
minib. GDPR-a görə, Avropa Birliyində fəaliyyət göstərən hər hansı layihən,
şirkətin varsa, istifadəçilər məlumatlarının necə istifadə olunması ilə bağlı məlumat
almaq istəsələr, onlara bunu verməlisən. Müştəri sadəcə, sorğu göndərə bilər
ki, mənim məlumatlarımı harada istifadə edirsiniz? Məsələn, "Facebook” onu kiməsə
satırsa, özü analiz edib bizə reklam göstərirsə, yaxud müəyyən sorğu əsasında
mesajları oxuyursa və s. müraciət edəni bu barədə məlumatlandırmalıdır. Avropa
Birliyinin qanunu deyir ki, belə məlumatı istifadəçiyə verməsəniz, böyük məbləğdə
cərimələnə bilərsiniz”.Aygün Asimqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim olunur