• cümə axşamı, 28 mart, 17:18
  • Baku Bakı 16°C

"IV qrant müsabiqəsi"nə sənəd qəbulunun vaxtı uzadıldı

26.03.20 17:31 859
"IV qrant müsabiqəsi"nə sənəd qəbulunun vaxtı uzadıldı
"Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtı uzadılıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi səbəbindən, həmçinin müsabiqədə iştirak etmək istəyən şəxslər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə sənədlərin qəbulu vaxtı 18 aprel 2020-ci il saat 18:00-dək uzadılıb.
Müsabiqə üzrə yaranan suallarla bağlı [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.
banner

Oxşar Xəbərlər