• çərşənbə axşamı, 16 aprel, 14:47
  • Baku Bakı 19°C

“İtaliyanın cənubunda kimsə haram pul qazanırsa, bizdəki bu qarğışı işlədirlər”

10.04.20 15:00 1734
“İtaliyanın cənubunda kimsə haram pul qazanırsa, bizdəki bu qarğışı işlədirlər”

Amin Hüseynov: "Hərdən mənə elə gəlir ki, "Mən əfsanəyəm” filmində rol almışam və bu həngamədə, bircə, sadiq itim çatmır”
İtaliyanın Siena şəhərində yaşayır və təhsil alır. Onun da yaşadığı şəhər karantin nəzarətindədir. Karantini dostlara, yaxınlara vaxt ayırmaq üçün yaxşı fürsət kimi qiymətləndirir. Azərbaycana qayıtmaq fikri yoxdur. Karantin rejimi bitdikdən sonra imtahanlarını verib ixtisası üzrə doktorantura təhsili almaq istəyir. Müsahibim İtaliyanın Siena Universitetində dilşünaslıq sahəsi üzrə təhsil alan Amin Hüseynovdur.
Amin bakalavr təhsilini Bakı Mühəndislik Universitetində tərcümə fakültəsində ingilis dili üzrə alıb. Deyir ki, universiteti ortalama 90.80 balla bitirib: "Bakıda bakalvr təhsili aldığım beş il müddətində müxtəlif yerlərdə ingilis dili müəllimi kimi işləyirdim. Bununla yanaşı, Avropa Oyunlarında və müxtəlif beynəlxalq konfranslarda tərcüməçi kimi də fəaliyyət göstərmişəm. Həmçinin, iki kitab tərcümə etmişəm. Düşünürəm ki, tələbə vaxtı işləmək insanın dünyagörüşünün artmasında mühüm rol oynayır. Bütün bunlar mənə yeni təcrübələr qazandırmaqla yanaşı, öz ixtisasımı daha yaxşı mənimsəməkdə köməkçi olub”.


banner

Oxşar Xəbərlər