İspaniyada da oyun satırlar

İspaniyada da oyun satırlar

İdman
23 Yanvar 2020, 12:17 1363
İspaniya futbolunda oyun alverində günahlandırılan şəxslərin məhkəməsi davam edir. 
 
Kaspi.az xəbər verir ki, "Osasuna” klubunun sabiq əməkdaşı Anhel Viskayın məhkəməyə verdiyi izahat mətbuata sızıb. O bildirib ki, 2013-2014-cü illərdə "Osasuna” danışılmış oyunlarda iştirak edib. 
 
2012/2013 və 2013/2014 mövsümündə elitada qalmaq üçün mübarizə aparan "Oasuna” "Xetafe” və "Betis”ə pul ödəyərək qələbəni təmin edib. Klub "Espanyol”la qarşılaşmada heç-heçəni də bu yolla əldə edib. 
 
Onun sözlərinə görə, "Xetafe”yə 400 min, "Betis”ə isə 250 min avro ödənilib. Klub "Espanyol”a da 250 min avro ödəyib. 
 
O vurğulayıb ki, "Betis”in 3 futbolçusuna – Xordi Fiqeras, Xavi Torres və Antoni Amayya danışılmış oyunla bağlı pulu şəxsən alıblar.