bazar, 04 Dekabr, 10:18

Baku Bakı 4°C

Hesabat dövründə sahibkarlıq fəaliyyəti olmayan vergiödəyicisi nə etməlidir?

icon 318 icon 06 oktyabr 2022 | 17:15 Hesabat dövründə sahibkarlıq fəaliyyəti olmayan vergiödəyicisi nə etməlidir?

Vergi Məcəlləsinə əsasən, vergi ilində vergiödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda “Vergiödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməli, arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.