• cümə, 29 Mart, 11:36
  • Baku Bakı 5°C

Göz zəifliyini aşkarlayacaq yeni metod

12.10.19 13:30 1295
Göz zəifliyini aşkarlayacaq yeni metod
İnsan orqanizminin ən əsas duyğu qabiliyyətlərindən biri olan görmə, uşaq dünyaya gəldikdən 3-4 ay sonra inkişaf etməyə başlayır. Göz, dünyanın gözəlliklərini bizə göstərən, öyrənmə və qavrama qabiliyyətimizin 85 faizini bəxş edən və beyindən sonra ən mürəkkəb orqanizmdir. Göz zəifliyinin cavanlaşması, yeni doğulan uşaqların bu çətinliklə üzləşməsi həyəcan təbili çaldırır. Körpələrin gözlərindəki problemləri göstərmələri, kömək istəmələri, dərdlərini ifadə etmələri mümkün deyil. Əgər diqqətsiz valideynsinizsə, körpənizin göz zəifliyini bilməyiniz o qədər də asan olmur. Dərdlərini ifadə edə bilməmələri uşaqların göz problemlərinin illərlə gizlin qalmasına səbəb olur.
Texnologiyanın inkişafı bu problemə də çarə tapmağa çalışır. Qısa zamanda, uşaqların göz zəifliyini müşahidə edən və xəbərdarlıq edən tətbiq iOS və Android cihazları üçün təqdim olunacaq. Süni intellekt texnologiyalarından istifadə edən CRADLE adlı tətbiq, uşaqların gözlərini incələməyə, xəstəliyi araşdırmağa və diaqnoz qoymağa hesablanıb. Tətbiq ondan ibarətdir ki, oxşar göz xəstəlikləri olan uşaqları tanıyacaq və onları fotolardan xəbərdar edəcək. Tətbiqin yaradıcıları bu nəticələrin tam dəqiq diaqnoz ola bilməyəcəyini də vurğulayırlar. Bununla belə, valideynləri "potensial” risklər barədə xəbərdar edir və onları oftalmoloqa müraciət etməyə təşviq edir.
Digər tərəfdən, tətbiqin faydalarından yalnız uşaqlarda deyil, hər yaşda olan insanların göz problemlərinin diaqnozunda köməkçi kimi istifadə edilə bilər.
banner

Oxşar Xəbərlər