Gündə 3 qutu siqaret çəkir
"Yuventus”un yeni baş məşqçisi Mauritsio Sarri siqaret asılılığı
barədə danışıb.
Kaspi.az xəbər verir ki, Sarri həddindən artıq çox siqaret çəkdiyini
bildirib. O, oyundan dərhal sonra siqaret çəkmək istədiyini də etiraf edib:
"Gün ərzində 60 ədəd siqaret çəkirəm. Bilirəm ki, həddindən artıq
çoxdur.
Onu da deməliyəm iki, oyun ərzində siqaretə o qədər də meyilli
olmuram. Amma qarşılaşma başa çatandan dərhal sonra siqaret çəkmək istəyirəm”.