• çərşənbə, 24 Aprel, 22:29
  • Baku Bakı 23°C

“Global Media Group”un 6 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib - SİYAHI

14.12.21 13:46 741
“Global Media Group”un 6 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib - SİYAHI
Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi fərdi jurnalist müsabiqəsinin qalibləri arasında "Global Media Group”a daxil olan media qurumlarının əməkdaşları da var.

"Kaspi" xəbər verir ki,"Kaspi” qəzetinin 3,"Report”İnformasiya Agentliyinin 2, "Oxu.az" portalının 1 əməkdaşı müsabiqədə qalib gəlib.

Belə ki, Fərid Hüseynov ("Kaspi”) "Ən yaxşı mədəniyyət materialı”, Bəxtiyar Məmmədli ("Kaspi”) "Ən yaxşı sosial-iqtisadi təhlil”, Rufik İsmayılov ("Kaspi”) "Ən yaxşı reportaj”,Sədrəddin İsmayılov ("Report”) "Ən yaxşı ictimai-siyasi təhlil”, İmdad Əlizadə ("Report”) "Ən yaxşı oçerk”, Könül Soltanova ("Oxu.az") "Ən yaxşı müsahibə” nominasiyaları üzrə qalib olublar.

Qeyd edək ki, MEDİA noyabrın 23-də fərdi jurnalist müsabiqəsi (https://media.gov.az/news/az-rbaycan-respublikasinin-medianin-i--nkisafi-agentliyi-jurnalistl-r-ucun-musabiq-elan-edir) elan etmişdi.Agentlik dekabrın 14-də müsabiqənin nəticələrini (https://www.facebook.com/MEDIAAgentliyi/posts/4688234471271194) açıqlayıb.





banner

Oxşar Xəbərlər