AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gender mövzusunda jurnalistlər üçün təlimat kitabı hazırlanıb

Gender mövzusunda jurnalistlər üçün təlimat kitabı hazırlanıb

Cəmiyyət
15 Yanvar 2021, 16:38 164

Azərbaycanda media mənsubları üçün gender mövzularına dair təlimat hazırlanıb. "Azərbaycan mediasında gender həssaslığının artırılması: jurnalistlər üçün təlimat kitabı” adlı bu vəsait Azərbaycan mediasında xəbərlərin hazırlanması və təqdimatında gender həssaslığının artırılması və gender bərabərliyinin nəzərə alınması, eləcə də qızların və qadınların dəyərinin təşviqi mövzusunda media nümayəndələri üçün ətraflı məlumat və təlimatları ehtiva edir.

Vəsait Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İdman və Gənclər Nazirliyi ilə birgə həyata keçirdiyi "Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsı üzrə Qlobal Proqram” çərçivəsində Azərbaycan Mətbuat Şurası ilə birgə hazırlanıb.

Təlimatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://azerbaijan.unfpa.org/sites/default/files/pub-pdf/handbook_media_0.pdf