Gənclərimiz istedadlı olsalar da, tənbəldirlər - Gör-götür

“İndi ailə quran gənclər evlərində nəsə qırılanda onu düzətmək üçün usta çağırırlar”
Devizi yaşamaq, yaşamaq, yenə də yaşamaqdır. Amma yaşadığın müddətcə uşaqlığını itirməməyin tərəfdarıdır. Deyir ki, insan içərisindəki uşaqlığı itirdisə, o zaman hər şey bitir. Müsahibimiz layihələri ilə televiziya məkanında həmişə səs-küy yaradan “SOY production”ın vitse-prezidenti Oqtay Əliyevdir.
- Valideynləriniz də sənət adamlarıdır. Layihələrinizi bəyənirlər? Narazı qaldıqları məqamlar olur?
- Atam da, anam da xalq artistləridir. İrəvanda Azərbaycan Teatrının əsasını qoyanlardandırlar. Gənc yaşlarından 1988-ci ilə qədər orada çalışıb, işləyiblər, vuruşublar. Ona görə vuruşublar deyirəm ki, ermənilərin içərisində Azərbaycana aid hər hansı bir teatrı, mədəni mühiti saxlamaq ox çətin idi. Ermənilərin işinin-gücünün adı, istəyi bu idi ki, nəyi isə dağıtsınlar, nəyi isə yox etsinlər. Populist çıxış kimi anlaşılmasın, o vaxt teatrın yaşamasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu oldu. Onun Siyasi Büro ilə yaxınlığı, Moskvadasözünün keçməsi teatrın orada qalması üçün münbit şərait yaratdı. Yəni Heydər Əliyev olmasaydı, o teatr da orada olmayacaqdı. Ermənilərin içərisində Azərbaycan teatrını saxlamaq üçün mütləq arxada bir dayaq olmalı idi.
Valideynlərimin layihələrimizi bəyənib-bəyənməməsinə gəlincə, elə şeylər var, xoşlamırlar, elə şeylər var ki, düzgün olmadığını deyirlər. Düşünürəm ki, zamanın, dövrün öz tələbləri var. Zamanın tələblərini də nəzərdən keçirmək lazımdır. Məsələn, əvvəllər sənədli film üçün kimdənsə müsahibə alanda adam uzun-uzadı danışırdı, insanlar qulaq asırdı. Amma indi zövqlər dəyişib, onun uzun-uzadı danışmağı insanları yorur, insanlardinamika istəyir.
Əvvəllər indikindən fərqli olaraq,televiziyaları reytinqlə ölçmürdülər. İndi sponsorlar verilişin məzmunundan, orada nələrdən danışıldığından, kimlərin çıxış etməsindən asılı olmayaraq, reklamlarını reytinqi çox olan verilişlərə verirlər. Sponsoru reytinqli verilişin tamaşaçıya nə verib-verməməsi maraqlandırmır. Zamanla ayaqlaşmaq lazımdır. Valideynlərimizlə təbii ki, məsləhətləşmək lazımdır, amma nə xoşlarına gəlmir, onların öz işidir.
- Niyə yalnız əyləncə xarakterli verilişlər hazırlayırsınız?
- Televiziya verilişləri 4 istiqamətdə olur: maarifləndirici verilişlər, siyasi polemikalar, talk-şoular və əyləncə. Kim hansına istəyir, baxsın. Biz ancaq əyləncə edirik, heç vaxt insanları ağlatmayacağıq. Yaranan gündən məqsədimiz, amalımız əyləncə olub. Nə olur-olsun, istənilən bir şeyi əyləncə edirik. Düzdür, indi insanlar daha çox kövrəldən və ağladan verilişlərə meyl edirlər. Bilmirəm, ona baxanda öz stresslərinimi atırlar, yoxsa kiminsə dərdinə baxıb özlərinə şükür edirlər. İnsanlar artıq əylənməkdən çox, ağlaşmağa meyllidirlər. Hesab edirəm, belə verilişlərin televiziyada olmasına ehtiyac yoxdur. Çünki insanların özlərinin yetərincə problemi var.
- Layihələri, ideyaları necə tapırsınız? Bizdə adətən ideyaları xaricdən götürürlər…
- İki variant var. Ya hansısa layihəni xaricdən götürürsən. Məsələn, ATV-də vaxtilə yayımlanan “Məni yarımdan soruş” verilişinin lisenziyası, icazəsi türklərdən alınmışdı. ATV verilişi Türkiyədə yayımlandığı variantda yayımlayırdı. İkinci variant da budur ki, hansısa verilişə baxırsan, nə xoşuna gəlirsə, orasını-burasını dəyişirsən, yaxud da onlar səninkini dəyişir. “Xalq ulduzu”və “Söz oyunu” layihəmizi bizdən sonra Türkiyə telekanalları da həyata keçirdi.
- İcazəsiz?
- Biz onlardan icazə almırıq ki, onlar da bizdən icazə alsın. Lisenziya almaq uzun məsələdir. Şəxsən mən çox sevindim ki, layihəni bizdən götürüblər.
- Azərbaycan televiziyalarında necə verilişlər görmək istərdiniz?
- Azərbaycan televiziyasında tamaşaçıların ürəyincə olan verilişlər görmək istərdim. Hər bir telekanalın öz xəttinin, yolunun olmasını istərdim. Televiziyaların maliyyə imkanlarının çox böyük olmasını istərdim.
- Oqtay bəy, “SOY production” serial çəkilişi ilə də məşğul olub. Niyə bizdə seriallar bayağı alınır? Yaxşı ssenarimi, aktyormu, rejissormu yoxdur?
- Bu gün yaxşı ssenaristlərimiz çox azdır, demək olar, sıfıra bərabərdir. Dramaturgiyanı bilmirlər. Yoldan keçən yazıçı, ssenarist olduğunu deyir. Ssenaristin bir strukturu olmalıdır. İnstitutda bizə deyirdilər ki, ssenari, pyes bir ipin üzərinə düzülmüş mirvari dənələridir. Sən hadisələri baş ipin üzərinə bir-bir düzməlisən. İp hardasa qırılsa, it yeyəsini tanımayacaq. Buna görə bəzi seriallarda it yeyəsini tanımır.
Ssenari məsələsindən başqa, seriallara maliyyə məsələlərinə görə yaxşı aktyorları dəvət etmirlər. Üçüncü səbəb isə budur ki, bir çox teatr aktyorları teatrda çox gözəl oynasalar da, kino üçün yararsızdırlar. Buna görə də institutda bizim vaxtımızda fakültənin adı kino və dram aktyorluğu gedirdi. Onları həm kino, həm də teatr üçün yetişdirirdilər. Yenə hamısı maliyyənin, pulun başında dayanır.
- Televiziyadan çox sərt insan təsiri bağışlayırsınız. Həyatda, ailədə necəsiniz?
- “Yeni ulduz”da münsif kimi çıxışlarımı nəzərdə tutub deyirsinizsə, orada bizim hərəmizin şüuraltı bir obrazımız var idi. Hər bir münsifin bir obrazı, siması olmalıdır. Bizdə də belə idi: biri yumşaq, biri sərt, biri sözünü deyən. Həyatda başqa cür ola bilərsən, müsabiqə isə tamam ayrıdır. Amma həyatda mən pambıqdan yumşağammı, bilmirəm, bunu ətrafımdakılar deməlidir. Bəlkə həqiqətən sərtəm, üzümə demirlər, amma içəridən çəkirlər (gülür – L.M.).
- Xarici televiziyalarda təcrübədə olmusunuz?
- Olmamışam. Amma saytlarda, internetdə yeni nələrisə çıxırsa, izləyirəm. Bütün günü onunla məşğulam. Özümün ayrıca televizorum var. O televizorun üstündə müxtəlif peyklərin antennaları var. Dillərini başa düşməsəm də, ən azından forma və formatdan hansı yeniliklərin olduğunu bilirəm.
Təcrübəyə gəlincə, dərs keçmək mənasında deyil, Rusiyanın STS, Türkiyənin D kanalına yolum düşəndə onların pavilyonlarına gedirəm. Əslində biz artıq dərsimizi keçib qurtarmışıq. Tükənməmişik, qurtarmışıq.
- Gənclərlə işləyirsiniz. Razısınız gənclərimizdən?
- İndiki gəncik bizim gəncliyimizdən həddindən çox istedadlıdır. Texnologiyaları çox gözəl bilirlər. Biz isə gənclikdə “kubik-rubik”i zorla yığırdıq. Azərbaycan gəncləri çox istedadlı, bacarıqlı olsalar da, çox tənbəldirlər. Tənbəllik məsələsində vəziyyət çox ağırdır. Mən Yerevanın mərkəzində yaşamışam. Bina evimiz də, həyət evimiz də var idi. Uşaq vaxtı stol da bərkidirdik, palçıq da qarışdırırdıq, lampa da dəyişirdik. İndi uşaqlar məişət işi görmürlər. Çox savadlıdırlar, dillər bilirlər, kompyuterdə çalışırlar, amma tənbəldirlər. İndi ailə quran gənclər evlərində nəsə qırılanda onu düzəltmək üçün usta çağırırlar.
- Bəs iş üçün sizə müraciət edən gənclərdən necə, razısınız?
- Yeni nəslə həmişə misal çəkirəm ki, 1992-ci ildə biz televiziyada işə başlayanda 2-3 il heç nə qazanmırdıq. Amma bu yoldan əl çəkmədik. Bu yolu keçdik, nəticədə gəlib bu yerə çıxdıq. İndi çox qəribədir, institutu qurtarıb gəlirlər. Deyirsən ki, bu gündən sən bu işi görəcəksən. Birinci sözü bu olur ki, mən harada oturacağam? Mən hamıya deyirəm ki, mənim otağım sənin otağındır, mən çıxıram, sən işlə. İkinci sualları nə qədər maaş alacaqları il bağlı olur. O zaman deyirəm ki, sən mənə de görüm,bacarığın nə qədərdir, nələri bacarırsan? Bacardığın işləri de, ona uyğun maaş verək. Bu zaman da deyirlər ki, “öyrənərik də”. Təbii ki, öyrənmək mərhələsində olan gəncə onun xəyal etdiyi qədər maaş verə bilmərik. Maaş öyrəndikcə qalxır.
- Qızınızın biri magistraturada təhsil alır, o biri orta məktəbdə oxuyur. Böyük qızınız artıq başqa ixtisas seçib. Kiçik qızınızın aktrisa olmasını istərdiniz?
- Əgər istedadı varsa, sıradan biri olmayacaqsa, niyə də olmasın. Çalışdığın qədər həyatda birinci olmaq lazımdır. Fərd kimi hamı desin ki, bu adam birincidir. Amma zorla özünü birinci etmək mənasızdır.
- Oqtay bəy, xanımınız işgüzar qadındır. Ev işlərini çatdırırmı, yoxsa köməkçisi var?
- Əlbəttə, ev işlərini özü edir. Evdar qadın ailəsinə necə qayğı göstərirsə, Dilarə xanım da elə. Turşu da qoyuruq, mürəbbələrimizi də edirik. Düzdür, bəzən işlə əlaqədar yemək bişirməyə vaxt çatdırmaya bilər, bu zaman dükandan nəsə alıb yeyirik, məsələ bitir.
- Bəs siz ev işlərində xanımınıza kömək edirsiniz?
- Kömək etmirəm, çünki bacarmıram. Lakin bacarsam, edərəm. Yemək bişirməyi bilmirəm. Bilməyim yaxşı olardı ki, nəyi səhv edib, nəyi düz etdiyini bilərdim.
- Çox gözəl xanımınız var. Həm də cəmiyyətin gözü qarşısındadır. Heç qısqanırsınız?
- Atalardan bizə gələn bir söz var - mənim həyat yoldaşım. Əgər həyat yoldaşıdırsa, sən ona inanmalısan. Qısqanclıq kimi məsələlər vaxt aparır. Qısqanmaq məsələsi o vaxt meydana gəlir ki, sənin özün digərlərinə qarşı başqa fikirdə olursan.
- Həyat deviziniz nədir?
- Yaşamaq, yaşamaq, yenə də yaşamaq. Nə qədər imkanın varsa, yaşa, nə qədər yaşayırsansa,uşaqlığını itirmə. Ən əsası budur. Əgər insan içərisindəki o uşaqlığı itirdisə, o zaman hər şey bitir. İnsanın içindəki uşaqlıq mənfi emosiyaları çıxarır. Məsələn, harasa gedəndə, kimsə otaqdadırsa, işığı söndür, get. Yaxud pilləkəni iki-iki düş, heç kim görmürsə, uşaqlıqda olduğu kimi birdən tullan, o zaman içindəki mənfi emosiyalar çıxacaq. Hərdən adam olmayan yerdə fit də çalmaq lazımdır. Yaxud da pilləkənlə çıxanda qonşunun zəngini bas və qaç. Qoy çıxıb ora-bura baxsın. Sabahısı da de ki, qapını döyüb qaçan sən idin. Amma bir şərtlə ki, etdiyin zarafatlar heç kimə ziyan vurmasın.
Lalə MUSAQIZI ">
">