• çərşənbə axşamı, 19 mart, 14:30
  • Baku Bakı 8°C

Gələcəyi düşünərək ailə quran cütlük - Ailə

05.06.20 12:00 6535
Gələcəyi düşünərək ailə quran cütlük - Ailə
Yaşar Əhmədov: "Məndən beş yaş balaca olmağına baxmayaraq, özünü daha yetkin insan kimi aparırdı”

Zülfiyyə Əhmədova: "Birlikdə yaşadığımız dönəmdən sonra müsbət tərəflərini daha çox gördüm”
Artıq 4 ilə yaxındır ki, evlidirlər. Deyirlər ki, ailə qurarkən valideynlərin basqısı olmadan, müstəqil qərar vermək önəmlidir. Eyni zamanda, ailə qurularkən gələcəyi də düşünmək lazımdır. "Ailə” rubrikamızın budəfəki qonaqları "Amazon” şirkətinin Avropa Birliyi üzrə biznes analitiki Yaşar Əhmədovvə həyat yoldaşı Zülfiyyə Əhmədovadır.

Hazırda Lüksemburqda yaşayan cütlüyümüzün Atilla və Mustafa adında iki övladı var.
"İşdən sonra çay içək?”
Cütlüyümüz iş mühitində tanış olub. SOCAR-da ayrı-ayrı departamentlərdə çalışsalar da, bir layihə üzərində işlədikləri zaman bir-birlərini daha yaxından tanıyıblar. Zülfiyyə deyir ki, Yaşarı ilk dəfə görəndə onun əcnəbi olduğunu düşünüb: "Açığı, işlə bağlı olaraq Yaşarı bir neçə dəfə görmüşdüm, amma danışığımız olmamışdı. Onun azərbaycanlı olduğunu bilmirdim, zənn edirdim ki, əcnəbidir. Çünki saçlarının uzunluğu, görünüşü xaricilərə oxşayırdı. Təsadüfən, söhbət zamanı Azərbaycan dilində danışanda, aydın oldu ki, azərbaycanlıdır (gülür). Beləcə, işə görə görüşlərimiz mütəmadi olaraq baş verirdi. Bu ərəfələrdə məni maşın vurur və xəstəxanaya aparırlar. Yaşar da məni ziyarətə gəlir. Düzü, Yaşarın bu addımı çox xoşuma gəldi. Mənə dəyər verdiyini hiss etdim. Xəstəxanadan çıxandan sonra yenidən işə qayıtdım. Bir gün mənə mesaj yazıb "işdən sonra çay içək?” deyə soruşdu və ilk görüşümüz Sumqayıtda dəniz kənarında oldu”.


banner

Oxşar Xəbərlər