• cümə, 26 Aprel, 11:51
  • Baku Bakı 12°C

"Formula-1" 4,4 milyard dollara satıldı

08.09.16 19:26 1154
"Formula-1" 4,4 milyard dollara satıldı
ABŞ-ın "Liberty Media” kompaniyası 4,4 milyard dollar ödəyərək "Formula-1” dünya çempionatının sahibi olub.

AzərTAc xəbər verir ki, sövdələşmə 2017-ci ilin birinci rübünün sonuna qədər yekunlaşmalıdır. Bununla yanaşı, "Liberty Media” Berni Ekklstounun "Formula-1” yarışmasının prezidenti postunda qalacağını qeyd edib.

"Formula-1” çempionatının aktivləri 8 milyard dollara qiymətləndirilsə də, sövdələşmə zamanı 4,1 milyard dollar həcmində borc da nəzərə alınıb.

"Liberty Media” Atlantanın basketbol klubu da daxil olmaqla, əyləncə və idman sahəsində fəaliyyət göstərən bir neçə kompaniyada ortaq paya malikdir. Şirkətin icraçı direktorunun sözlərinə görə, "Liberty Media” idman sahəsində aktivlərin idarəsi baxımından təcrübəsi sayəsində "Formula-1” yarışını gözəl idarə edə bilər.
banner

Oxşar Xəbərlər