“Football Leaks” Qvardiolanın xəyanətini açıqladı
"Football Leaks”
futbol dünyasını silkələyən məlumatları bir-birinin ardınca açıqlayır.
Kaspi.az xəbər
verir ki, növbəti belə sensasiyalı məlumat "Mançester Siti”nin baş məşqçisi
Xosep Qvardiola” ilə bağlıdır. Məlumat Qvardiolanın "Bavariya”ya xəyanəti barədədir.
Sən demə, Pep
"Mançester Siti” ilə hələ "Bavariya”nı tərk etməzdən 6 ay əvvəl müqavilə
bağlayıbmış. Onunla "Siti” arasında rəsmi müqavilə tam məxfi şəkildə 2015-ci
ilin oktyabrın 10-da bağlanıb.
Qvardiola isə
"Bavariya”nı yalnız 2016-cı ilin yayında tərk edib. Pep "Siti”də ilk mövsümdə
15,5 milyon avro qazanıb. Növbəti mövsüm isə onun qazancı 19,1 milyon avroya
yüksəlib.