AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır

Fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır

Cəmiyyət
22 Yanvar 2021, 13:03 144
"Fevralın 1-dən dərslər hibrid formaya keçəcək. Sıxlığı çox olan məktəblərdə dərslər həftədə 3 dəfə, sıxlığı tənzimlənən məktəblərdə isə 5 dəfə olacaq”.
 
APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.
 
O deyib ki, yoluxma ehtimalına görə fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır.