• cümə, 19 Aprel, 08:18
  • Baku Bakı 13°C

FIFA “The Best” qaliblərini açıqladı: Messi siyahıda yer aldı

28.02.23 10:30 860
FIFA “The Best” qaliblərini açıqladı: Messi siyahıda yer aldı

Parisdə FIFA-nın “The Best” mükafatlarının təqdimatı mərasimi keçirilib.

Qurum doqquz kateqoriya üzrə 2022-ci ilin ən yaxşılarını müəyyən edib.


İlin futbolçusu: Lionel Messi (PSJ, Argentina);

İlin ən yaxşı qapıçısı: Emiliano Martinez (“Aston Villa”, Argentina);

İlin ən yaxşı məşqçisi: Lionel Skaloni (Argentina millisi, Argentina);

İlin ən yaxşı qadın oyunçusu: Aleksia Putellas (“Barselona”, ​​İspaniya);

İlin qadın qapıçısı: Meri İrps (“Mançester Yunayted”, İngiltərə);

İlin qadın məşqçisi: Sarina Viqman (İngiltərə millisi, Niderland);

İlin ən yaxşı qoluna görə Puşkaş mükafatı: Marçin Oleksi (“Varta”, Polşa).

Həmçinin mərasimdə “İlin azarkeşləri” mükafatına Argentina yığmasının azarkeşləri, “Fair Play” mükafatına isə Luka Loçoşvili (“Kremoneze”, Gürcüstan) sahib çıxıb. 

Bununla yanaşı, ilin rəmzi kişi və qadın komandaları elan edilib.

banner

Oxşar Xəbərlər