• şənbə, 20 Aprel, 11:54
  • Baku Bakı 14°C

FHN: Ötən gün ərzində 66 yanğına çıxış olub, 10 nəfər xilas edilib

16.06.21 13:00 232
FHN: Ötən gün ərzində 66 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar NazirliyindənAPA-ya bildirilib ki, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 66 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 10 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub.
banner

Oxşar Xəbərlər