• bazar ertəsi, 07 iyul, 03:31
  • Baku Bakı 26°C

FES baza faiz dərəcəsini yenə dəyişməz saxlayıb

17.06.21 09:15 313
FES baza faiz dərəcəsini yenə dəyişməz saxlayıb
ABŞ Federal Ehtiyat Sistemi (FES) iyun ayı üzrə keçirilmiş iclasdan sonra baza faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun yaydığı sənəddə deyilir.
Qərar əksər analitiklərin də proqnozlarına uyğun gəlib.
Qeyd edək ki, tənzimləyici 2020-ci ilin mart ayında plandan kənar faiz dərəcəsini iki dəfə illik 0-0,25% səviyyəsinə endirəndən bəri bu göstəricini artıq onuncu dəfədir ki, dəyişməz olaraq saxlayır. FES faiz dərəcəsini koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq azaltmağa qərar verib.
banner

Oxşar Xəbərlər