• cümə axşamı, 28 mart, 12:13
  • Baku Bakı 16°C

F.Köçərlinin 160 illik yubileyi

27.01.23 16:00 723
F.Köçərlinin 160 illik yubileyi

Yanvarın 26-da Respublika Uşaq Kitabxanasında maarifçi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə  “Firidun bəy Köçərli”  elektron- məlumat bazasının təqdimatı keçirilib.
Tədbirdə metodistlər, müəllimlər və digər qonaqlar iştirak edib. Çıxışçılar F.Köçərlinin həyat və yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatına verdiyi töhfələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd F.Köçərli yaradıcılığının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi müstəsna rolunu təbliğ etməkdir.
Tədbirdə  qonaq qismində iştirak edən və F.Köçərlinin uzaq qohumu sayılan  Rüstəm Qayıbova “Balalara hədiyyə” və  “Firidun bəy Köçərli Biblioqrafiya”  kitabları hədiyyə olunub. Tədbirin sonunda Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmi təqdim edilib.

banner

Oxşar Xəbərlər