AZE | RUS | ENG |

“EYOF Bakı 2019”: 3 güləşçimiz finala vəsiqə qazanıb

“EYOF Bakı 2019”: 3 güləşçimiz finala vəsiqə qazanıb
İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımız çıxışlarını uğurla davam etdirirlər.
Trend-in məlumatına görə, sərbəst güləşçimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri, polşalı Fabian Niedziedzkini məğlub edərək finala vəsiqə qazanıb.
Onun komanda yoldaşı Əbülfəz Nəsirov (55 kq) finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bezhani Barsonidzeni, daha sonra rusiyalı Maqomed-Emi Eltemirovu məğlub edib.
Yunan-Roma güləşi üzrə Fərid Sadıxlı (45 kq) da festivala inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda Davit Qvasalianı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rusiyalı Maksim Qurova qalib gələn idmançımız finalda mübarizə aparacaq.
Yunan-Roma güləşçimiz Nihat Məmmədli (55 kq) isə əvvəlcə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəlib. Dörddəbir finalda gürcüstanlı Romeo Beridzeyə məğlub olan idmançımız təsəlliverici görüşlərdə mübarizə aparacaq.
İlk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056